
Premyer Liqanın XXVIII turu: "Qarabağ" lider "Sabah"a qarşı
Misli Premyer Liqasında XXVIII turun növbəti matçları bu gün keçiriləcək.
Misli Premyer Liqasında XXVIII turun növbəti matçları bu gün keçiriləcək.
Gundem.today xəbər verir ki, ikinci oyun günündə iki qarşılaşma nəzərdə tutulub.
İlk olaraq "Şamaxı" səfərdə "Karvan-Yevlax"ım qonağı olacaq. Yevlax şəhər stadionundakı qarşılaşma saat 15:30-da start götürəcək.
Günün ikinci matçında çempionluğa iddialı komandalar - "Qarabağ" və "Sabah" münasibətlərə aydınlıq gətirəcəklər. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək turun mərkəzi görüşü saat 19:30-da başlayacaq.
Qeyd edək ki, "Sabah" hazırda 66 xalla vahid liderdir. Rəqibindən bir oyun az keçirən "Qarabağ" 56 xalla ikinci sıradadır. Məhz buna görə, sözügedən matç çempionluq yolunda ən həlledici görüşlərdən biri hesab olunur.
Xatırladaq ki, tura aprelin 19-da yekun vurulacaq. Ötən gün "Turan Tovuz" "Araz-Naxçıvan"ı üç cavabsız qolla üstələyib. "Zirə" - "Neftçi" matçında qalib müəyyənləşməyib - 1:1.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
İdmanMübahisəli oyundan sonra nazirdən maraqlı paylaşım: "Neftçi"yə dəstək, yoxsa eyham? - VİDEO
Elm və təhsil naziri, "Neftçi" futbol klubunun Müşahidə Şurasının üzvü Emin Əmrullayev sosial media hesabındakı paylaşımı ilə diqqət çəkib.
İdmanQadınlardan ibarət Azərbaycan millisi bu gün Andorra ilə üz-üzə gələcək
Qadın futbolçulardan ibarət Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində dördüncü oyununu bu gün keçirəcək.
İdmanPremyer Liqanın XXVIII turu: "Qarabağ" "Sabah"a qarşı
Misli Premyer Liqasında XXVIII turun növbəti matçları bu gün keçiriləcək.
İdmanDünya çempionatının biletləri niyə bahadır? - FIFA prezidenti danışdı
"2026-cı il dünya çempionatının biletlərinin baha olması FIFA-nın yalnız turnir dövründə qazanc əldə edə bilməsi ilə bağlıdır".