Son dəqiqə
Dünyanın ən yaşlı rahibəsi 113 yaşını qeyd edib - VİDEOTürkiyə Estoniyada silah zavodu inşa edəcəkSakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə işıq olmayacaqÇində dəhşətli ölüm: Arıqlama düşərgəsinə gedən şəxs üç gün sonra həyatını itirdiABŞ-də 26 il həbsdə yatan şəxs bəraət aldıAlmaniya millisi mundialdan qabaq hüсumçusunu itirdi
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Maraqlı
  3. ABŞ-də 26 il həbsdə yatan şəxs bəraət aldı
ABŞ-də 26 il həbsdə yatan şəxs bəraət aldı
Maraqlı

ABŞ-də 26 il həbsdə yatan şəxs bəraət aldı

Bu gün
02:36
0 baxış
Paylaş:

ABŞ-nin Denver şəhərində körpə uşağın qətlində ittiham olunaraq 26 ilini həbsxanada keçirən şəxsə bəraət verilib.

ABŞ-nin Denver şəhərində körpə uşağın qətlində ittiham olunaraq 26 ilini həbsxanada keçirən şəxsə bəraət verilib.

Gundem.today "People" nəşrinə istinadən xəbər verir ki, məhkəmə hökmü yeni tibbi ekspertizaların rəyi əsasında ləğv edib. Məlum olub ki, uşaq zorakılıq nəticəsində deyil, pnevmoniyadan dünyasını dəyişib.

Hadisə 1998-ci ildə baş verib. Həmin vaxt kişi sevgilisinin bir yaşlı qızı üçün təcili yardım çağıraraq, körpənin nəfəs ala bilmədiyini bildirib. Hadisə yerinə gələn həkimlər uşaqda kəllə sümüyünün sınığını aşkar ediblər və körpə sonradan xəstəxanada vəfat edib. İlkin istintaq zamanı həmin şəxs ağlayan uşağı silkələdiyini və təsadüfən başını çarpayıya vurduğunu "etiraf etmişdi". Bu ifadə əsasında 2000-ci ildə ona ömürlük həbs cəzası kəsilmişdi.

26 il sonra isə bir neçə nüfuzlu mütəxəssis yeni tibbi rəy təqdim edərək, körpənin travmalardan deyil, pnevmoniyanın yaratdığı ağırlaşmalardan öldüyü qənaətinə gəliblər. Hətta 1998-ci ildə meyit üzərində yarılma aparan məhkəmə-tibb eksperti də uşağın ölüm səbəbi ilə bağlı ciddi şübhələrin olduğunu etiraf edib.

Yerli prokurorluq 26 il həbsdə yatan şəxsin günahını sübut etmək mümkün olmadığı üçün cinayət işinə xitam verib. Məhkəmə hökmü ləğv etsə də, dünyasını dəyişən uşağın ailəsi hələ də həmin şəxsi günahkar hesab edir.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Maraqlı#Denver_məhkəməsi#bəraət_qərarı#26_il_həbs#körpə_ölümü#pnevmoniya#yeni_tibbi_ekspertiza#yalan_ittiham#ABŞ_xəbərləri#ömürlük_həbs_ləğvi#məhkəmə_işinin_bağlanması

Oxşar Xəbərlər

71 tonluq qatarı dartan şərurlu pəhləvan: Rekordlar kitabında adı olan Əliyar Musayev - FOTOREPORTAJMaraqlı

71 tonluq qatarı dartan şərurlu pəhləvan: Rekordlar kitabında adı olan Əliyar Musayev - FOTOREPORTAJ

64 yaşlı pəhləvan Əliyar Musayevin bu sahəyə marağı hələ uşaqlıq illərindən başlayıb. O, 10 yaşından idmanla məşğul olub.

Bu gün
12:040
Ev üçün ətir necə seçilməlidir: Parfümerdən faydalı məsləhətlərMaraqlı

Ev üçün ətir necə seçilməlidir: Parfümerdən faydalı məsləhətlər

Eviniz üçün uyğun qoxu seçimi zamanı onun funksionallığına, otağın parametrlərinə və bir sıra digər detallara diqqət yetirmək vacibdir.

Bu gün
06:160
Ağıl dişləri nə vaxt çıxarılmalıdır?Maraqlı

Ağıl dişləri nə vaxt çıxarılmalıdır?

Ağıl dişləri (səkkizinci dişlər) kariesə, damaq iltihablarına və bəzi hallarda kök nahiyəsində kistaların yaranmasına yol aça bilər.

Bu gün
04:420
Alimlərdən ağlagəlməz proqnoz: Yerin fırlanması yavaşlayır, sutka 25 saat olacaqMaraqlı

Alimlərdən ağlagəlməz proqnoz: Yerin fırlanması yavaşlayır, sutka 25 saat olacaq

Alimlərin proqnozlarına görə, Yerin fırlanma sürətinin tədricən azalması səbəbindən gələcəkdə sutkanın müddəti 25 saata qədər uzana bilər.

Bu gün
02:240