Prezident Azərbaycanın tarixi ədaləti bərpa etməsindən danışıb - VİDEO
"2010-cu ildə keçirdiyimiz toplantıdan bəri baş vermiş əsas dəyişikliklərdən biri Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etməsidir. 1990-cı illərin əvvəllərində torpaqlarımız işğal edilmişdir və bu da humanitar fəlakətə yol açmışdır. 1990-cı illərin əvvəllərində bizim 1 milyon qaçqın və məcburi köçkünümüz var idi. O vaxt əhalimiz 8 milyon idi, beləliklə, hər səkkiz nəfərdən biri məcburi köçkün, evsiz, işsiz, yaşamaq üçün heç bir maddi imkanı olmayan idi. Bu, həqiqi humanitar fəlakət idi və biz tək qalmışdıq".

Oxşar Xəbərlər
SiyasətOrxan Zeynalov: "Böyük Britaniyanın Azərbaycana investisiya həcmi 40 milyard dollara yaxındır"
Böyük Britaniya 39.9 milyard dolları ötən investisiya həcmi ilə Azərbaycan iqtisadiyyatına ən böyük xarici investordur, bunun da 37 milyard dolları energetika sektoruna yönəldilib.
Siyasətİlham Əliyev: "Onlar torpaqlarımızın Ermənistanın işğalı altında qalmasını istəyirdilər" - VİDEO
"Bu münaqişə təxminən 30 il davam etdi və bu illər ərzində çoxsaylı nəticəsiz, sonsuz və mənasız danışıq raundları aparıldı. Həmin danışıqlara himayədarlıq edənlərin yalnız bir məqsədi var idi - torpaqlarımızı əbədi olaraq Ermənistanın işğalı altında saxlamaq. Sülhün təmin edilməsi və ərazilərimizin azad olunması mandatını daşıyanların məqsədi məhz bundan ibarət idi. Mən ATƏT-in Minsk qrupunun həmsədrlərini - BMT Təhlükəsizlik Şurasının üç daimi üzvü olan Fransanı, Rusiyanı və Amerika Birləşmiş Ştatlarını nəzərdə tuturam. Təsəvvür edin, bu ölkələr Ermənistanı Azərbaycan ərazilərini azad etməyə məcbur edə bilməzdilərmi? Əlbəttə ki, edə bilərdilər. Sadəcə bunu istəmirdilər. Onlar torpaqlarımızın Ermənistanın işğalı altında qalmasını istəyirdilər. Bu, onların birgə qərarı idi. Lakin biz bu planları dəyişdirdik".
SiyasətPrezidentin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair video paylaşılıb
Azərbaycan Prezidenti İlham Əliyevin sosial media hesablarında Bakıda İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasiminə dair video paylaşılıb.
SiyasətDeputat: "Qafqaz bizim evimizdir" iddiası imperialist təfəkkürün təzahürüdür"
"İranın Azərbaycandakı keçmiş səfiri Seyid Abbas Musəvinin nə diplomatiya etikasına, nə regionun mövcud geosiyasi reallıqlarına, nə də beynəlxalq hüququn elementar prinsiplərinə sığmayan son bəyanatları onun simasında regionun reallıqlarını həzm edə bilməyənlərin növbəti "siyasi divanəliyi"dir".