Son dəqiqə
Prezidentin rektor təyin etdiyi Nurəli Yusifbəyli kimdir? - DOSYEGoranboyda "Ford Fusion" mikroavtobusla toqquşdu: YARALILARIN SON DURUMUAvropa İttifaqı xəttinə zidd addım: Fransa regionda tək qalır? - VİDEOPrezident TƏSDİQLƏDİ - Bəzi şəxslərin təhsil haqları dövlət tərəfindən ödəniləcəkQlobal neft ehtiyatları son səkkiz ilin minimumuna yaxınlaşırİlham Əliyev yeni rektor təyin etdi
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Cəmiyyət
  3. Prezidentin rektor təyin etdiyi Nurəli Yusifbəyli kimdir? - DOSYE
Prezidentin rektor təyin etdiyi Nurəli Yusifbəyli kimdir? - DOSYE
Cəmiyyət

Prezidentin rektor təyin etdiyi Nurəli Yusifbəyli kimdir? - DOSYE

Bu gün
16:47
0 baxış
Paylaş:

Prezident İlham Əliyevin sərəncamı ilə Nurəli Yusifbəyli Sumqayıt Dövlət Universitetinin rektoru təyin edilib.

Prezident İlham Əliyevin sərəncamı ilə Nurəli Yusifbəyli Sumqayıt Dövlət Universitetinin rektoru təyin edilib.

Gundem.today Nurəli Yusifbəylinin dosyesini təqdim edir:

O, 28 mart 1963-cü ildə anadan olub. 1980-ci ildə Kiyev Politexnik İnstitutunun (hazırda Kiyev Texniki Akademiyasının - red.) Elektroenergetika fakültəsinin əyani şöbəsinə daxil olub, 1986-cı ildə həmin institutu "Elektrik Sistemlərinin Kibernetikası" ixtisası üzrə bitirib. 1986-1989-cu illərdə Sumqayıt 1 saylı İstilik Enerji Mərkəzində elektrik montyoru, elektrik sexinin və elektrik stansiyanın növbə rəisi vəzifələrində, 1989-1993-cü illərdə "Azərenerji" Dövlət Şirkətində dispetçer, böyük dispetçer vəzifələrində çalışıb. 1993-2001-ci illərdə "Azərenerji" ASC Mərkəzi dispetçer xidmətinin rəisi, baş dispetçer, baş mühəndisin müavini vəzifələrində, 2001-2002-ci illərdə "Azərenerji" ASC "Enerjinin ötürülməsi" İstehsalat Birliyinin baş direktorunun müavini vəzifəsində çalışıb.

2002-2009-cu illərdə "Azərenerji" ASC Mərkəzi Dispetçer İdarəsinin rəisi, 2009-2012-ci illərdə "Azərenerji" ASC "Azərbaycan Elmi-Tədqiqat və Layihə Axtarış Energetika İnstitutu"nun direktoru vəzifələrində çalışıb.

2012-ci ildən Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin baş məsləhətçisi, nazirin müşaviri, 2014-cü ildən Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin Strateji planlaşdırma şöbəsinin müdiri vəzifələrində çalışıb.

2015-ci il 13 mart tarixindən Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi sədrinin müavini vəzifəsinə təyin edilib. Prezidentin 2020-ci il 22 sentyabr tarixli Sərəncamı ilə vəzifəsindən azad edilib.

2021-ci ilin 18 yanvar tarixindən Azərbaycan Texniki Universitetinin (AzTU) Tədris işləri üzrə prorektoru təyin olunub.

Texnika elmləri doktoru, professordur, 8 kitab, 4 müəlliflik şəhadətnaməsi, 1 dərs vəsaiti, 3 patent, 3 Azərbaycan Standartı və 170-dan çox elmi əsərin müəllifidir. "ELECTRO-energetics-tecnnics-mechanics+control" Beynəlxalq Elmi-İstehsalat jurnalının baş redaktorudur.

1998-ci ildən pedaqoji fəaliyyətlə məşğuldur, AzTU-da "İdarəetmə və Avtomatika" kafedrasının professoru kimi fəaliyyət göstərir.

Ailəlidir, iki övladı var.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Cəmiyyət#Nurəli_Yusifbəyli#Sumqayıt_Dövlət_Universiteti#SDU#Rektor_təyinatı#Prezident_Sərəncamı#Dosye#Təhsil_xəbərləri#Azərenerji#AzTU.

Oxşar Xəbərlər

Rusiyada Şıxlinski və Səfərovların işini aparan müstəntiqin MÜƏMMALI İSTEFASI - VİDEOCəmiyyət

Rusiyada Şıxlinski və Səfərovların işini aparan müstəntiqin MÜƏMMALI İSTEFASI - VİDEO

Rusiyanın İstintaq Komitəsinin Sverdlovsk vilayəti üzrə keçmiş cinayətlərin araşdırılması üzrə müvafiq şöbəsinin keçmiş rəisi Yaroslav Kuzvesov müəmmalı şəkildə istefa verib.

Bu gün
16:280
Dəyanət Sədullayevə yeni vəzifə verildiCəmiyyət

Dəyanət Sədullayevə yeni vəzifə verildi

Azərbaycan İnvestisiya Holdinqində baş icraçı direktorun müavini vəzifəsinə təyinat olub.

Bu gün
15:570
Ədliyyə orqanlarına qəbul imtahanına qatılacaq şəxslərin NƏZƏRİNƏCəmiyyət

Ədliyyə orqanlarına qəbul imtahanına qatılacaq şəxslərin NƏZƏRİNƏ

7 may 2026-cı il tarixində Azərbaycan Respublikasının ədliyyə orqanlarına qulluğa qəbul imtahanı keçiriləcək.

Bu gün
15:520
Bakının daha bir ərazisində velosiped zolağı salınır - FOTOCəmiyyət

Bakının daha bir ərazisində velosiped zolağı salınır - FOTO

Xətai prospektindən başlayaraq Fəzail Bayramov, Yusif Səfərov və Hüseyn Rəsulbəyov küçələrini əhatə edəcək 2 kilometrlik mikromobillik zolağı Kövkəb Səfərəliyeva küçəsindəki mövcud velosiped zolağı ilə birləşdiriləcək.

Bu gün
15:500