
Putin və Paşinyan Cənubi Qafqazdakı vəziyyətlə bağlı danışıqlar aparacaqlar
Rusiya Prezidenti Vladimir Putin Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşəcək.
Rusiya Prezidenti Vladimir Putin Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşəcək.
Gundem.today xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Qeyd edilib ki, aprelin 1-də V.Putin və Moskvada işgüzar səfərdə olacaq N.Paşinyan arasında görüş keçiriləcək.
"Danışıqlar zamanı Rusiya-Ermənistan strateji tərəfdaşlığı, müttəfiqliyinin hazırkı vəziyyəti və perspektivləri, Avrasiya məkanında inteqrasiya əməkdaşlığı, eləcə də regional gündəmdəki cari məsələlər, xüsusən də Cənubi Qafqazda iqtisadi və nəqliyyat-logistika əlaqələrinin inkişafının müzakirə olunacağı planlaşdırılıb", - deyə Kremldən bildirilib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaBritaniyada ABŞ rəsmilərinə qadağa qoyuldu
London ilə Vaşinqton arasında artan gərginlik səbəbindən Böyük Britaniyada amerikalı nümayəndələrin gizli məlumatların paylaşıldığı iclaslarda iştirakına məhdudiyyətlər tətbiq edilib.
DünyaPaşinyana hücum cəhdi ilə əlaqədar üç nəfərə ittiham elan edildi
Ermənistanın Baş naziri Nikol Paşinyana hücum cəhdi ilə əlaqədar açılmış cinayət işi çərçivəsində üç ölkə vətəndaşına rəsmi ittiham elan edilib.
DünyaUçan nəhəng: Çin dronu texnologiyada inqilab etdi - VİDEO
Çin Xalq Respublikasında (ÇXR) "Changying-8" adlı ağır pilotsuz nəqliyyat aparatının ilk nümayiş uçuşu martın 31-də müvəffəqiyyətlə həyata keçirilib.
Dünyaİranda daha bir SEPAH generalı öldürüldü - FOTO
İranda daha bir SEPAH generalı öldürülüb.