
Qalibafın parlayan ulduzu - VİDEO
"The Washington Post" qəzeti İranla ABŞ arasında atəşkəsdən sonra Pakistanda keçirilən danışıqlarda İran nümayəndə heyətinə rəhbərlik edən parlamentin sədri Məhəmməd Baqir Qalibaf haqqında maraqlı faktlar açıqlayıb. Qeyd olunub ki, Qalibaf ABŞ komandasını incə və peşəkar bir müzakirəçi və yeni İranın potensial lideri kimi heyran edib".
"The Washington Post" qəzeti İranla ABŞ arasında atəşkəsdən sonra Pakistanda keçirilən danışıqlarda İran nümayəndə heyətinə rəhbərlik edən parlamentin sədri Məhəmməd Baqir Qalibaf haqqında maraqlı faktlar açıqlayıb. Qeyd olunub ki, Qalibaf ABŞ komandasını incə və peşəkar bir müzakirəçi və yeni İranın potensial lideri kimi heyran edib".
Gundem.today xəbər verir ki, bu barədə "Azad İran" "YouTube" kanalının videosüjetində deyilir.
Qeyd olunub ki, təqribən son bir ay ərzində Qalibafın İran siyasətində önə çıxmasının etirafı Tehranda sövdələşmək üçün yeni lider axtarışına çıxan Tramp administrasiyasının kimin üzərində hesab açdığının təsdiqi kimi dəyərləndirilə bilər. Bu mənada vitse-prezident Cey Di Vensin rəhbərlik etdiyi ABŞ nümayəndə heyəti ilə danışıqlar üçün Pakistan paytaxtına yollanan İran diplomatik komandasına Qalibafın başçılıq etməsi heç də təəccüblü olmayıb.
"65 yaşlı Məhəmməd Baqir Qalibaf İslam Respublikası hakimiyyətinin ən tanınmış və ən təcrübəli təmsilçilərindən biri kimi son otuz ildə İranda siyasi proseslərin mərkəzində olan fiqurlardandır. O, 2005-ci ildən etibarən İranda prezidentliyə dörd dəfə namizəd olması ilə bu sahədə rekord vurmuş və prezident seçkilərinin daimi iştirakçısı olan SEPAH-ın keçmiş baş komandanı Möhsün Rezaini geridə qoymuş bir şəxs kimi tanınır. Siyasi bioqrafiyasının zənginliyi və tutduğu mühüm dövlət postları baxımından İran siyasi elitasında çox az adam Qalibafla müqayisə oluna bilər. O, həm də adı ən çox korrupsiya qalmaqallarında hallanan bir siyasətçidir. Amma bu qalmaqallar və ortaya çıxan ciddi faktlar onun siyasi səhnədən uzaqlaşdırılmasına səbəb olmayıb", - deyə videomaterialda bildirilib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Dünyaİran Hörmüzdən hansı gəmilərin və necə keçə biləcəyini AÇIQLADI
"Hörmüz boğazının kommersiya gəmiləri üçün açılmasına baxmayaraq, istənilən ölkənin hərbi gəmilərinin keçidi hələ də qadağandır. Yalnız mülki gəmilər SEPAH-ın icazəsi və müəyyən edilmiş marşrutlarla keçə bilər".
DünyaTramp İsrailin Livanı bombalamasını QADAĞAN ETDİ
"İsrail artıq Livanı bombalamayacaq".
DünyaƏrdoğan: "Ermənistanla normallaşma prosesi Azərbaycanla birlikdə aparılır"
"Qonşu Ermənistanla əlaqələrin müsbət məcraya yönəldilməsi məqsədilə müvafiq fəaliyyətlər həyata keçirilir".
DünyaTrampdan Hörmüz boğazı ilə bağlı daha bir AÇIQLAMA - FOTO
"Hörmüz boğazı tamamilə açıqdır və keçidə hazırdır. Lakin dəniz blokadası yalnız İranla əməliyyatlarımız 100% başa çatana qədər tam gücdə və təsirdə qalacaq".