
"Qarabağ" - "Sabah" matçında Premyer Liqanın tamaşaçı rekordu yenilənib
Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyunları çərçivəsində keçirilən "Qarabağ" - "Sabah" qarşılaşması (2:2) tarixi rekordla əlamətdar olub.
Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyunları çərçivəsində keçirilən "Qarabağ" - "Sabah" qarşılaşması (2:2) tarixi rekordla əlamətdar olub.
Gundem.today Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutan görüşü 21 min tamaşaçı izləyib.
Bu göstərici PFL-in bayrağı altında keçirilən turnirlər üçün təkcə 2025/2026 mövsümünün deyil, son 10 mövsümün mütləq rekordudur. Belə ki, bundan daha çox tamaşaçı sonuncu dəfə 2015/2016 mövsümündə, "Qarabağ" və "Neftçi" arasındakı kubokun finalında - 23 min izləyici ilə qeydə alınmışdı. Həmin görüşdə "Qarabağ" 1:0 hesablı qələbə qazanmışdı.
Bu matç PFL-in 2008-ci ildən bəri təşkil etdiyi turnirlər tarixində ümumi siyahıda 5-ci pilləyə yüksəlib. Lakin yuxarı pillələrdə yer alan digər 4 oyunun hamısı kubokun final görüşləri olub. Bu isə o deməkdir ki, "Qarabağ" - "Sabah" oyunu hər hansı bir komandanın birbaşa ev sahibliyi etdiyi matçlar arasında Premyer Liqada ən çox tamaşaçı toplayan görüş kimi tarixə düşüb. Bundan əvvəlki rekord 2016-cı il fevralın 14-də Gəncədə keçirilən və "Qarabağ"ın 1:2 hesablı qələbəsi ilə bitən "Kəpəz" - "Qarabağ" oyununa məxsus idi - 20 min 400 tamaşaçı.
Ümumilikdə isə bir komandanın ev oyununa daha çox tamaşaçı toplaması faktına sonuncu dəfə 19 mövsüm əvvəl - 2006/2007 mövsümündəki "Neftçi" - "Xəzər Lənkəran" görüşündə rast gəlinib ki, həmin vaxt 25 min nəfər qeydə alınmışdı.
Xatırladaq ki, bu qarşılaşmayadək cari mövsümün rekordu yenə eyni komandaların martın 1-də keçirilən 3:3 hesablı çempionat matçına məxsus idi. Həmin vaxt stadionda 10 min 361 tamaşaçı var idi. Beləliklə, bugünkü oyunla mövsümün rekordu iki dəfədən çox yenilənib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
İdmanDünyanın ən bahalı qapıçılarının reytinqi - SİYAHI
"Transfermarkt" portalı futbolçuların transfer dəyərini yenilədikdən sonra dünyanın ən bahalı qapıçılarının reytinqini təqdim edib.
İdmanRonaldu zədədən sonra keçirdiyi ilk matçda dubl etdi
Portuqaliyalı hücumçu Kriştianu Ronaldu zədədən sonra meydana qayıtdığı ilk matçda dubl edərək Səudiyyə Ərəbistanı çempionatının 27-ci turunda "Ən-Nəsr"in "Ən-Nəcmə"ni darmadağın etməsinə kömək edib.
İdmanOrxan Məmmədov: "Zirə"nin ilk dəfə çempion olması minifutbolun inkişaf etdiyini göstərir
"Bu gün mövsümü başa vurduq və "Zirə" komandası Azərbaycan futbolu tarixində ilk dəfə çempionluq qazandı".
İdmanQurban Qurbanov: "Bəlkə də "Sabah" bizdən daha istəkli görünürdü"
Hər iki komandanın azarkeşlərinə təşəkkür edirəm. Onlar futbolçulara yaxşı dəstək oldular. Bu cür fanatların olması meydandakı futbola da təsir edir.