
Qarabağ və Şərqi Zəngəzurda 4 min kilometrə yaxın avtomobil yolu çəkiləcək - VİDEO
Azərbaycanın işğaldan azad edilmiş ərazilərində 68 layihə üzrə ümumi uzunluğu 3 878.1 km olan yol tikinti işlərinin aparılması nəzərdə tutulur.
Azərbaycanın işğaldan azad edilmiş ərazilərində 68 layihə üzrə ümumi uzunluğu 3 878.1 km olan yol tikinti işlərinin aparılması nəzərdə tutulur.
Gundem.today xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.
Bildirilib ki, hazırda azad edilmiş ərazilərdə ümumi uzunluğu 2 432.8 km olan 38 layihə üzrə tikinti işləri davam etdirilir:
"Ümumi uzunluğu 71.2 km olan 48 tunelin tikintisi nəzərdə tutulur, 13.6 km-lik 7 tunelin tikintisi başa çatdırılıb. Bundan əlavə, 57.6 km-lik 41 tunelin tikintisi isə davam etdirilir".
Məlumata əsasən, Qarabağ və Şərqi Zəngəzurda ümumi uzunluğu 9 581.6 metr olan 447 körpünün tikintisi nəzərdə tutulur:
"8 839.1 metrlik 392 körpü artıq inşa edilib. Ümumi uzunluğu 3 871 metr olan 16 viadukun tikintisi də planlaşdırılır. Uzunluğu 1 965 metr olan 9 viadukun tikintisi başa çatdırılıb".
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətDeputatdan BAHALAŞMA AÇIQLAMASI: Ən çox hansı məhsulların qiyməti artıb? - FOTO
"Rəsmi statistikaya əsasən, bu ilin ilk rübündə istehlak bazarında 5.7 faiz qiymət artımı qeydə alınıb. Qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə isə daha yüksək inflyasiya müşahidə olunub: 6.8 faiz. 2026-cı ilin mart ayında isə qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri əvvəlki ilin müvafiq ayına nisbətən 6.5 faiz artıb".
CəmiyyətAydın Hüseyinliyə Bakı Metropolitenində yüksək vəzifə verildi - FOTO
"Bakı Metropoliteni" QSC-də şöbə rəisi Nəriman Mantaşev vəzifəsindən azad edilib.
CəmiyyətDSMF-nin rüblük gəlirləri və xərcləri açıqlanıb
Bu ilin I rübündə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri 2 milyard 132 milyon manat təşkil edib.
Cəmiyyətİcra başçısı yeni sektor müdirləri təyin etdi - FOTO
Balakən Rayon İcra Hakimiyyətində (RİH) yeni kadr təyinatları olub.