
"Qarabağ"ın tanınmış azarkeşi Zəfər Hacılının vəfatı ilə bağlı rəsmi AÇIQLAMA
"Qarabağ" futbol klubunun azarkeşi Zəfər Hacılının ölümündən üç gün öncə etdiyi sosial şəbəkə paylaşımı ilə bağlı Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi məlumat yayıb.
"Qarabağ" futbol klubunun azarkeşi Zəfər Hacılının ölümündən üç gün öncə etdiyi sosial şəbəkə paylaşımı ilə bağlı Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi məlumat yayıb.
Mərkəzdən Gundem.today-ın sorğusuna cavab olaraq bildirilib ki, ilk təcili yardım çağırışı zamanı briqadaya onun dostu tərəfindən özəl tibb müəssisəsinə aparılacağı qeyd edilib:
"İlkin araşdırmanın nəticəsi olaraq bildiririk ki, 25.03.2026-cı il tarixində saat 16:58-də Mərdəkan qəsəbəsi, Məcidov küçəsində yerləşən fərdi yaşayış evindən Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə nəfəs darlığı şikayəti ilə çağırış daxil olub.
Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub, Xəzər Təcili Tibbi Yardım Stansiyasının həkimi tərəfindən Zəfər Hacılıya ünvanda baxış keçirilib və müvafiq tibbi yardım göstərilib.
Obyektiv müayinə zamanı tənəffüsün səthi və çətin (dispnoye xarakterli) olduğu müəyyən edilib.
Pasiyentin vəziyyətinə uyğun olaraq təxirəsalınmaz tibbi yardım tədbirləri həyata keçirilib.
Briqadaya onun dostu tərəfindən özəl tibb müəssisəsinə aparılacağı bildirilib.
Əlavə olaraq bildiririk ki, Zəfər Hacılı ilə bağlı növbəti çağırış üç gün sonra - 28.03.2026-cı il tarixində saat 12:21-də vəfat etməsi ilə bağlı daxil olub. Ünvana təcili tibbi yardım briqadası cəlb olunub və ölüm halı təsdiqlənib.
Ətraflı araşdırmanın nəticəsi barədə əlavə məlumat veriləcək".
Şükufə Süleymanlı
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətAbşeronda subasma ilə əlaqədar əhali bəzi ərazilərdən təxliyə edilib
Abşeron rayonunda son günlər müşahidə olunan intensiv yağıntılar bir sıra ərazilərdə subasma hallarına səbəb olub.
CəmiyyətYol polisindən sürücülərə MÜRACİƏT
"Hazırda paytaxt ərazisində bəzi yol sahələrində duman müşahidə olunur. Görmə məsafəsinin məhdudlaşması nəqliyyat vasitələrinin hərəkətinə təsir göstərir və yol-nəqliyyat hadisəsi riskini artırır".
CəmiyyətZabratda içməli su borusu partladı: Sakinlər çıxılmaz vəziyyətdə - VİDEO
Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsində içməli su borusu yenidən partlayıb.
CəmiyyətEldar Əzizov MÜŞAVİRƏ KEÇİRDİ: Yağışın fəsadlarının aradan qaldırılması ilə bağlı tapşırıqlar verildi
Bakı Şəhər İcra Hakimiyyətində şəhərin kommunal xidmətlərinin rəhbərlərinin iştirakı ilə növbəti müşavirə keçirilib.