
Qazaxıstan Rusiya ilə sərhəddəki keçid məntəqəsini bağladı
Bersuat çayında baş verən daşqınlarla əlaqədar olaraq Qazaxıstan Rusiya sərhədində yerləşən Jelkuar buraxılış məntəqəsinin fəaliyyətini müvəqqəti olaraq dayandırıb.
Bersuat çayında baş verən daşqınlarla əlaqədar olaraq Qazaxıstan Rusiya sərhədində yerləşən Jelkuar buraxılış məntəqəsinin fəaliyyətini müvəqqəti olaraq dayandırıb.
Gundem.today xəbər verir ki, bu barədə "Rosqranstroy" Federal Dövlət Büdcə Müəssisəsi rəsmi "Telegram" kanalında açıqlama yayıb.
"Qazaxıstan ərazisində Bersuat çayının səviyyəsinin qalxması və daşması nəticəsində 27 mart 2026-cı il tarixindən etibarən qonşu Jelkuar buraxılış məntəqəsindən (Rusiya istiqamətində Mariinski) vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkəti müvəqqəti dayandırılıb", - deyə xəbərdə qeyd olunub.
Eyni zamanda, Çelyabinsk vilayəti istiqamətində sərhədin Rusiya hissəsindəki Mariinski buraxılış məntəqəsi vasitəsilə də gediş-gəlişin dayandırıldığı diqqətə çatdırılıb. Bu səbəbdən aidiyyəti qurum vətəndaşlara Rusiya-Qazaxıstan sərhədindən keçidi planlaşdırarkən tətbiq edilən bu məhdudiyyətləri mütləq nəzərə almağı məsləhət görür.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaHikmət Hacıyev Budapeştdə türk dövlətlərindən olan həmkarları ilə görüşüb - FOTO
"Macarıstan tərəfinin dəvəti ilə Budapeştdə Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində dövlət və hökumət başçılarının köməkçiləri səviyyəsində uğurlu görüş keçirilib".
Dünyaİran Dəməşqdəki hotelləri və prezident sarayını vurmaqla hədələdi
İran silahlı qüvvələri Suriyanın paytaxtı Dəməşqdə yerləşən prezident sarayını hədəfə ala bilər.
DünyaMəhkəmə rusiyalı nazirin barəsində həbs qərarı verdi
Rusiyanın Stavropol diyarının məhkəməsi vəzifə səlahiyyətlərini aşmaqda ittiham olunan bölgənin energetika, sənaye və rabitə naziri olmuş İvan Kovalyovun barəsində həbs qətimkan tədbiri seçib.
DünyaRaket zərbələrindən sonra Təbrizdəki dağıntıların görüntüləri - VİDEO
Aprelin 27-də İsrail və ABŞ-nin həyata keçirdiyi hava hücumları nəticəsində İranın Təbriz şəhərində yaranan genişmiqyaslı dağıntıların ən son görüntüləri və bombardmanın fəsadları.