
Qərbi Azərbaycan Xronikası: 48 il əvvəl erməniləşdirilən kəndlərimiz - VİDEO
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə Baku TV-də "Adı 48 il əvvəl erməniləşdirilən türk kəndi" adlı süjet hazırlanıb.
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə Baku TV-də "Adı 48 il əvvəl erməniləşdirilən türk kəndi" adlı süjet hazırlanıb.
Bugünkü süjetdə erməni saxtakarlığına, addəyişmə terroruna məruz qalan Bozgöy, Boznəli, Boyaqçı, Bora dağı, Borçalı arxı, Bostan tala toponimi, oronimi və hidronimi haqqında söz açılır.
Bildirilir ki, hazırda Ermənistan adlanan ərazinin tarixən Azərbaycan torpaqları olması elmi faktlarla sübut olunub. Qərbi Azərbaycan torpaqları qəsb edildikdən sonra ermənilər burada yerləşdirilib və yer adlarından tutmuş mədəniyyət nümunələrinə qədər hər şey mənimsənilərək dəyişdirilib.
Bozgöy - Pəmbək mahalının Böyük Qarakilsə, sonralar Quqark adlandırılan rayonda kənd adıdır və 1978-ci ildə kəndin adı dəyişdirilib Markahovit qoyulub.
Boznəli - Zəngəzur mahalının Sisyan rayonu ərazisində kənd adıdır. Qafqazın 5 verstlik xəritəsində adı Bozlu formasında qeyd edilib. Kənd XIX əsrin əvvəllərində ləğv edilib.
Boyaqçı - İrəvan şəhərində məhəllə adıdır.
Bora dağı - Pəmbək mahalının Böyük Qarakilsə, sonralar Quqark adlandırılan rayonun Yuxarı Kilsə kəndində dağ adıdır.
Borçalı arxı - Loru mahalının Barana, sonralar Noemberyan adlandırılan rayonda Tona çayından çəkilən arx adıdır.
Bostan tala - Şəmşəddil mahalının Karvansaray, sonralar İcevan adlandırılan rayonun Yuxarı Ağdan ərazisində yerləşən qışlaq adıdır və XX əsrin 30-cu illərində ləğv edilib.
Sonda vurğulanır ki, Azərbaycan xalqı üçün Qərbi Azərbaycan torpaqları, təkcə itirilmiş yurd yeri deyil, həm də milli kimliyin, tarixi ədalətsizliyin və gələcəyə inamın simvoludur: "Təbii ki, uzun əsrlər boyunca burada yaşamış azərbaycanlıların öz doğma torpaqlarından, zəngin maddi-mədəni və mənəvi irslərindən ayrı düşməsi əbədi olmayacaq, qayıdış mütləq reallaşacaq".
Ümumiyyətlə, Qərbi Azərbaycana aid toponimlərin, oykonim, oronim və hidronimlərin öyrənilməsi və təbliği günümüzün reallığı olmaqla yanaşı, gələcək nəsillərin doğma yurd-yuvamıza sahib çıxması baxımından çox böyük məna və əhəmiyyət daşıyır. Çünki bunlar yerli xalqın tarixini, etnoqrafiyasını, coğrafiyasını əks etdirir. Hazırlanan süjetlədə ermənilər tərəfindən dəyişdirilən Qərbi Azərbaycan toponimlərinin tarixi və etimologiyası araşdırılır, həmçinin yer adlarının mənşəyi, mənası və sonrakı taleyi haqqında məlumat verilir.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Cəmiyyət150 min manatlıq mübahisə: "Restoranı tikmişik, pulumuzu ala bilmirik" - VİDEO
Xaçmaz sakini Qurban Alqayev Çingiz Məmmədov adlı şəxs tərəfindən dələduzluğa məruz qaldığını iddia edir.
CəmiyyətYol hərəkətinin təşkilində nələr dəyişir? - VİDEO
Baku TV-nin "Necə olmalıdır?" podkastının budəfəki buraxılışında paytaxtın yol infrastrukturunda həyata keçirilən dəyişikliklər və onların nəqliyyatın təşkilinə təsiri ilə bağlı müzakirə aparılıb.
CəmiyyətEvini muzeyə çevirən sakin: Minlərlə qədim eksponat var - VİDEO
Göygöl rayonunun Mollacəlilli kənd sakini Fəxri Hüseynov uzun illərdir ki, Azərbaycan xalçalarının nadir nümunələrini toplayır. Kolleksionerin evində hazırda yüzlərlə xalça və minlərlə qədim eksponat var.
CəmiyyətNaxçıvanın Qaraxanbəyli kəndində PROBLEM: "Qabları yağış suyu ilə yuyuram" - VİDEO
Naxçıvan şəhərinin Qaraxanbəyli kəndində aylardır su problemi yaşanır.