Son dəqiqə
Hindistanda toyda DƏHŞƏT: Ofisiant azyaşlı uşağı yanan sobaya atıbOnlayn sifarişlərdə müştəriləri gözləyən TƏHLÜKƏLƏR: Fırıldaqçılıqla qarşılaşmamaq üçün nələrə DİQQƏT ETMƏLİYİK? - VİDEOŞimali Koreya naməlum tipli ballistik raket buraxıbİndoneziyada güclü zəlzələ baş verib"Real Sosyedad" İspaniya Kubokunun sahibi oldu"Real Sosyedad" İspaniya Kubokunun sahibi oldu - VİDEO
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Siyasət
  3. Qərbi Azərbaycan Xronikası: Moskva müqaviləsi Naxçıvanı necə xilas etdi? - VİDEO
Qərbi Azərbaycan Xronikası: Moskva müqaviləsi Naxçıvanı necə xilas etdi? - VİDEO
Siyasət

Qərbi Azərbaycan Xronikası: Moskva müqaviləsi Naxçıvanı necə xilas etdi? - VİDEO

Bu gün
01:48
0 baxış
Paylaş:

Baku TV-nin Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında veriliş hazırlanıb.

Baku TV-nin Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında veriliş hazırlanıb.

Verilişdə tarixçi İlqar Niftəliyev Araz Türk Respublikasının yaradılması və dağıdılmasının, daşnak Andranikin Qarabağı və Cənubi Qafqazı qoyub qaçmasının səbəblərindən danışıb.

Onun sözlərinə görə, Ermənistanın ilk baş naziri azərbaycanlılara qarşı qırğınları etiraf edib: "Nəriman Nərimanov Moskva qarşısında mühüm tələb qoymuşdu. Moskva müqaviləsi Naxçıvanı xilas etdi. İngilislərin Qafqaz siyasəti regionu dəyişdi. Qarabağ və Naxçıvan məsələsində Moskvanın gizli planı var idi. Qarabağ general-qubernatorluğunun yaradılması regionun taleyini dəyişdi və Andraniki geri çəkilməyə məcbur etdi. İngilis komandanlığının Qarabağ və Zəngəzuru Azərbaycan torpağı kimi tanıması erməni planlarını darmadağın etdi. İngilislər Qafqazı tərk edəndən sonra bölgə yenidən qanlı qarşıdurmalara sürükləndi. Stalin Zəngəzur və Naxçıvan barədə təhlükəli plan irəli sürdü və bu qərarlar regionu dəyişdi".

Tarixçi bildirib ki, Xosrov Paşa Sultanov Qarabağda tarixi rol oynayıb.

İ.Niftəliyev ingilis ordusunun Qafqazdan gedəndən sonra baş verən hadisələrə, ingilislərin Naxçıvanın Ermənistanın nəzarətinə verməsinə böyük etirazına, eləcə də Naxçıvanın Azərbaycan Cümhuriyyəti hökumətinin nəzarətindən niyə kənarda qalması sualına aydınlıq gətirib.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Siyasət#Qərbi_Azərbaycan_Xronikası

Oxşar Xəbərlər

Dünyada güc balansı yenidən yazılır - Antalyada hansı mesajlar verildi? - VİDEOSiyasət

Dünyada güc balansı yenidən yazılır - Antalyada hansı mesajlar verildi? - VİDEO

Antalya Diplomatiya Forumu bu il "Gələcəyi planlaşdırarkən qeyri-müəyyənliklərin öhdəsindən gəlmək" şüarı ilə qlobal diplomatiyanın əsas müzakirə platformalarından birinə çevrildi.

Bu gün
02:080
KİV: Corcia Meloni Azərbaycana səfər edəcəkSiyasət

KİV: Corcia Meloni Azərbaycana səfər edəcək

İtaliyanın Baş naziri Corcia Meloninin yaxın həftələrdə Azərbaycana rəsmi səfəri gözlənilir.

Bu gün
00:080
Azərbaycanla Ermənistan arasında sürətlənən normallaşma və iki Avropa ölkəsinin sülh prosesini pozmaq cəhdiSiyasət

Azərbaycanla Ermənistan arasında sürətlənən normallaşma və iki Avropa ölkəsinin sülh prosesini pozmaq cəhdi

Niderland və Belçika parlamentlərinin aşağı palataları yenə Azərbaycan əleyhinə qətnamələrlə gündəmə gəliblər. Özü də eyni gündə. Məsələn, aprelin 16-da Niderland parlamentinin Nümayəndələr Palatası deputat Don Sederin təklifi ilə Bakıda Azərbaycana və onun vətəndaşlarına qarşı cinayətlər törətməkdə təqsirli bilinərək həbs edilən erməni terrorçuları və qondarma erməni soyqırımının tanınması haqqında sənədlə hökumətə müraciət edib. Elə həmin gün Belçika parlamentinin Nümayəndələr Palatası deputat

Bu gün
22:240
2026-cı ildə TDT-nin iki zirvə toplantısı keçiriləcəkSiyasət

2026-cı ildə TDT-nin iki zirvə toplantısı keçiriləcək

"Türk Dövlətləri Təşkilatının (TDT) Qazaxıstan və Türkiyədə zirvə toplantısı keçiriləcək".

Bu gün
20:120