
Onlayn sifarişlərdə müştəriləri gözləyən TƏHLÜKƏLƏR: Fırıldaqçılıqla qarşılaşmamaq üçün nələrə DİQQƏT ETMƏLİYİK? - VİDEO
Son zamanlar vətəndaşlara karqo şirkətlərinin və ya "Azərpoçt"un adından intensiv şəkildə saxta mesajlar göndərilir. "Bağlamanızı çatdırmağa çalışdıq, lakin uğursuz oldu", "Bağlamanız gözləmədədir" kimi çağırışlarla istifadəçilər naməlum linklərə yönləndirilirlər. Həmin linklərə daxil olduqda isə vətəndaşların bütün fərdi məlumatları ələ keçirilir.
Son zamanlar vətəndaşlara karqo şirkətlərinin və ya "Azərpoçt"un adından intensiv şəkildə saxta mesajlar göndərilir. "Bağlamanızı çatdırmağa çalışdıq, lakin uğursuz oldu", "Bağlamanız gözləmədədir" kimi çağırışlarla istifadəçilər naməlum linklərə yönləndirilirlər. Həmin linklərə daxil olduqda isə vətəndaşların bütün fərdi məlumatları ələ keçirilir.
Məsələ ilə bağlı Baku TV-yə açıqlama verən kibermütəxəssis Sona Talıbova vətəndaşları diqqətli olmağa çağırıb:
"Mütləq bu mesajın hansı nömrədən gəldiyinə baxmaq lazımdır. Əgər bir səhv edib həmin linklərə keçid etmisinizsə, dərhal aidiyyəti karqo şirkəti ilə əlaqə saxlamalısınız. Çünki belə linklərin içərisində istifadə etdiyiniz telefona zərər verə biləcək fayllar və proqramlar ola bilər.
Dördrəqəmli nömrələrdən edilən zənglərə gəlincə, bu zaman çox vaxt tanınmış böyük şirkətlərin adından istifadə olunur. Burada məqsəd şəxsi məlumatları, məsələn, şəxsiyyət vəsiqənizin FİN kodunu və ya kredit kartınızın üzərindəki rəqəmləri ələ keçirməkdir. Heç bir halda bu məlumatları ötürməyin. Əgər şirkət adından şübhəli zəng gəlibsə, qurumun rəsmi nömrəsini taparaq özünüz zəng edib məlumatı dəqiqləşdirin".
Daxili İşlər Nazirliyindən (DİN) bildirilib ki, bu kimi hallarla bağlı daxil olan müraciətlər əsasında polis əməkdaşları tərəfindən araşdırmalar aparılaraq həmin şəxslərin müəyyən olunması və barələrində qanunauyğun tədbirlərin görülməsi təmin edilir:
"Bir daha vətəndaşlara itmiş və ya natamam məlumatlara görə çatdırıla bilməyən yük, yaxud bağlama olduğunu bildirən yanlış mesajlara və naməlum nömrələrdən gələn zənglərə qarşı diqqətli olmağı tövsiyə edirik. Mesajlardakı şübhəli linklərə keçid etməyin, şəxsi və bank kartı məlumatlarınızı heç kimlə bölüşməyin. Belə hallarla rastlaşdıqda Daxili İşlər Nazirliyinin "102" Xidməti-Zəng Mərkəzinə və ya sosial şəbəkə səhifələrinə müraciət edə bilərsiniz".
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətElektromobil sahiblərinin NƏZƏRİNƏ: Çin istehsalı olan maşınlar daha çox risk altındadır
Yağışlı günlərdə sosial şəbəkələrdə paylaşılan kadrlarda su basmış yollarda aciz qalan, hərəkətsiz dayanan elektrikli avtomobillər xüsusi diqqət çəkdi. Bəs müasir texnologiyanın gələcəyi sayılan bu avtomobillər paytaxtın "yağış sınağı"ndan necə çıxdılar?
Cəmiyyət"Oğlumu gözüyaşlı qoyub işə gedirdim" - Jurnalist İlhamiyyə Rza nəyi etiraf etdi? - VİDEO
Baku TV-nin "Qapqara" verilişinin yeni buraxılışının qonağı jurnalist İlhamiyyə Rza olub.
Cəmiyyət"Yaşamaq artıq mümkün deyil" - Bakı sakinləri niyə evlərindən qurtulmaq istəyirlər? VİDEO
Bir müddət əvvəl yağan intensiv yağışlar Bakı ətrafındakı kənd və qəsəbələrdə evlərini gölün ərazisində tikən sakinlər arasında təşviş yaradıb.
Cəmiyyət"Yaşamaq artıq mümkün deyil" - Bakı sakinləri niyə evlərindən qurtulmaq istəyirlər? - VİDEO
Bir müddət əvvəl yağan intensiv yağışlar Bakı ətrafındakı kənd və qəsəbələrdə evlərini gölün ərazisində tikən sakinlər arasında təşviş yaradıb.