
Qeyri-neft ixracındakı artım ilin sonuna qədər davam edəcək?
2026-cı ilin ilk rübündə Azərbaycanın qeyri-neft ixracı 862 milyon dollara çataraq 11.7% artım nümayiş etdirib. Bu dinamika iqtisadi şaxələndirmə strategiyasının uğuru kimi qiymətləndirilir.
2026-cı ilin ilk rübündə Azərbaycanın qeyri-neft ixracı 862 milyon dollara çataraq 11.7% artım nümayiş etdirib. Bu dinamika iqtisadi şaxələndirmə strategiyasının uğuru kimi qiymətləndirilir.
Azərbaycanın iqtisadi şaxələndirmə strategiyası çərçivəsində qeyri-neft sektorunun ixrac potensialının artırılması prioritet istiqamət kimi qalmaqdadır. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin son hesabatına əsasən, 2026-cı ilin yanvar-mart aylarında ölkənin qeyri-neft ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə 11.7% artaraq 862 milyon ABŞ dollarına çatıb. Xüsusilə yeyinti məhsulları üzrə ixracın 25.1% (281 mln. dollar), aqrar və aqrar-sənaye məhsullarının birgə ixracının isə 26.8% (303.7 mln. dollar) artması, qeyri-enerji sektorunun iqtisadiyyatdakı hərəkətverici rolunu yenidən gündəmə gətirib.
Qlobal gərginliklərin və regional münaqişələrin artdığı bir şəraitdə bu artım tempini ilin sonuna qədər qoruyub saxlamaq mümkündürmü?
Gundem.today mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:
"Daxili istehsalın keyfiyyət standartları yüksəldilməlidir"
Millət vəkili Vüqar Bayramovun sözlərinə görə, Azərbaycan iqtisadiyyatının müasir inkişaf mərhələsi neft amilindən asılılığın minimuma endirilməsi və qeyri-neft sektorunun ixrac potensialının maksimallaşdırılması üzərində qurulub. Bu gün qeyri-neft ixracının artırılması sadəcə iqtisadi göstərici deyil, həm də ölkənin milli təhlükəsizliyi və iqtisadi suverenliyinin əsas prioritetlərindən biri hesab olunur: "İqtisadi diversifikasiya yalnız Ümumi Daxili Məhsulun (ÜDM) strukturunda və dövlət büdcəsinin gəlirlərində deyil, eyni zamanda ümumi ixrac portfelində qeyri-enerji məhsullarının payının kəskin şəkildə artırılmasını zəruri edir. Azərbaycanda qeyri-neft sektorunun ixrac imkanlarının genişləndirilməsi ilə bağlı dövlət səviyyəsində bəlli hədəflər və yol xəritələri mövcuddur. Bu istiqamətdə həyata keçirilən islahatlar iki əsas sütun üzərində dayanır: yerli sahibkarlığın stimullaşdırılması və xarici bazarlara çıxış mexanizmlərinin sadələşdirilməsi. Xüsusilə "Made in Azerbaijan" brendinin dünyada tanıdılması, ixrac təşviqi mexanizmlərinin tətbiqi və aqrar-sənaye komplekslərinin müasirləşdirilməsi qeyri-neft ixracının dinamikasına birbaşa təsir göstərir. Lakin bu artım tempini uzunmüddətli perspektivdə qorumaq üçün həm daxili istehsalın keyfiyyət standartları yüksəldilməli, həm də qlobal iqtisadi konyunkturanın gətirdiyi risklər düzgün qiymətləndirilməlidir".
Yeni bazarlara inteqrasiya üçün ən mühüm şərt
V.Bayramov bildirib ki, müasir dünyada artan qlobal qeyri-müəyyənlik və regionumuzda müşahidə olunan gərginliklər iqtisadiyyatın bütün sahələrinə, o cümlədən ixrac proseslərinə dolaylı təsirlər göstərir. Lakin Azərbaycanın enerjidən kənar istehsal etdiyi məhsulların ixrac coğrafiyasını analiz etdikdə son regional təhdidlər ölkəmizin qeyri-neft ixracına hələ ki birbaşa və sarsıdıcı təsir göstərməyib:
"Bunun əsas səbəbi ixracın təxminən yarısının Rusiya və Türkiyə kimi ənənəvi və stabil tərəfdaşların payına düşməsidir. Buna baxmayaraq, coğrafi fokusun məhdudluğu potensial riskləri də özü ilə gətirir. Məsələn, Körfəz ölkələri Azərbaycanın qeyri-neft məhsulları, xüsusən də kənd təsərrüfatı və qida sənayesi üçün yüksək prioritet kəsb edən bazarlardır. Regionda baş verən hər hansı irimiqyaslı münaqişə bu yeni və perspektivli bazarlara çıxış imkanlarını çətinləşdirə bilər. Azərbaycanın regionda stabilliyin tərəfdarı olması sadəcə siyasi bəyanat deyil, həm də ixracın təhlükəsizliyini təmin edən iqtisadi zərurətdir. Stabillik yeni bazarlara inteqrasiya üçün ən mühüm şərtdir".
"Hər 100 dollarlıq gəlirin 50 dolları cəmi iki ölkədən formalaşır"
Deputatın fikrincə, ixracın mövcud strukturu göstərir ki, Azərbaycanın qeyri-neft sektorunda hər 100 dollarlıq gəlirinin 50 dolları iki ölkədən formalaşır. Bu, "bazarların diversifikasiyası" məsələsini aktuallaşdırır:
"Bir və ya iki bazardan asılılıq həmin ölkələrdə baş verə biləcək devalvasiya, iqtisadi böhran və ya siyasi dəyişikliklər qarşısında yerli ixracatçını müdafiəsiz qoyur. Diversifikasiya yalnız coğrafi genişlənmə demək deyil, həm də məhsul çeşidinin və keyfiyyətinin artırılmasıdır. Uzunmüddətli dövrdə qeyri-neft ixracındakı artım tempinin qorunub saxlanması üçün stabil və proqnozlaşdırıla bilən bazarlara ehtiyac var. Bu nöqtədə Avropa İttifaqı ölkələri ilə iqtisadi əlaqələrin dərinləşməsi böyük əhəmiyyət kəsb edir. Avropa bazarı həm yüksək alıcılıq qabiliyyəti, həm də sərt keyfiyyət standartları ilə seçilir. Yerli şirkətlərin bu bazara daxil olması faktiki olaraq Azərbaycan məhsullarının qlobal rəqabətədavamlılıq sertifikatı alması deməkdir".
Dövlət və özəl sektorun sinxron fəaliyyəti
V.Bayramov qeyd etdi ki, qeyri-neft ixracının dayanıqlığını möhkəmləndirmək üçün dövlət və özəl sektorun sinxron fəaliyyəti vacibdir. Yeni bazarlara çıxış üçün logistik xərclərin optimallaşdırılması, beynəlxalq sertifikatlaşdırma prosesinin sürətləndirilməsi və ixracatçı şirkətlərə rəqəmsal marketinq dəstəyinin verilməsi önümü
Oxşar Xəbərlər
İqtisadiyyatAzərbaycan nefti 11 dollardan çox ucuzlaşıb
Dünya bazarında "Azeri Light" markalı neft ucuzlaşıb.
İqtisadiyyatAstaranın üç kəndinin sel və daşqınlardan mühafizəsi iki milyona başa gələcək
Astara rayonunun üç kəndinin sel və daşqın sularından mühafizəsi ilə bağlı tədbirlər həyata keçiriləcək.
İqtisadiyyatDGK iki buraxılış məntəqəsinin təmirinə 17 milyona yaxın pul xərcləyəcək
Dövlət Gömrük Komitəsi Astara və Biləsuvar dövlət sərhədindən buraxılış məntəqələrində infrastrukturun yenilənməsi işləri həyata keçirəcək.
İqtisadiyyatƏhalinin gəlirləri azalıb
Pərviz Heydərov yazır...