Son dəqiqə
Fransa Malidəki vətəndaşlarını ölkəni təcili tərk etməyə çağırdı"Neftçi" - "Qarabağ" matçının hakimləri məlum olduMoskvada qar örtüyünün hündürlüyü üzrə 90 illik rekord yeniləndiDİQQƏT: Xarici bank kartları ilə ictimai nəqliyyatda ödəniş MÜMKÜN OLDUAzərbaycan və Ermənistan delimitasiya üzrə layihələri razılaşdırıb və mübadilə ediblərLondonda sinaqoqun qarşısında bıçaqlı hücum: Xəsarət alanlar var - FOTO - VİDEO
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Cəmiyyət
  3. Qəzalı evdə yaşayan Çernobıl əlili niyə mənzillə təmin edilmir? - RƏSMİ AÇIQLAMA - VİDEO
Qəzalı evdə yaşayan Çernobıl əlili niyə mənzillə təmin edilmir? - RƏSMİ AÇIQLAMA - VİDEO
Cəmiyyət

Qəzalı evdə yaşayan Çernobıl əlili niyə mənzillə təmin edilmir? - RƏSMİ AÇIQLAMA - VİDEO

Bu gün
17:34
0 baxış
Paylaş:

Masallı rayon sakini, II qrup Çernobıl əlili Tahir Abdullayev illərdir beş nəfər ailə üzvü ilə birlikdə qəzalı vəziyyətdə olan evdə yaşadığını bildirir.

Masallı rayon sakini, II qrup Çernobıl əlili Tahir Abdullayev illərdir beş nəfər ailə üzvü ilə birlikdə qəzalı vəziyyətdə olan evdə yaşadığını bildirir.

O, Baku TV-nin qaynar xəttinə müraciət edərək deyib ki, 2015-ci ildən mənzil növbəsində olsa da, bu günə qədər evlə təmin olunmayıb.

Tahir Abdullayevin sözlərinə görə, ilkin mərhələdə sənədlərdə texniki səhv baş verib və ailə üzvlərinin adları sərəncama daxil edilməyib. Daha sonra düzəliş edilsə də, məsələ həllini tapmayıb:

"Sosial Xidmətlər Agentliyi tərəfindən mənə birotaqlı mənzil ayrılmışdı. Dərhal İcra Hakimiyyətinə müraciət etdim, sənədlərdə düzəliş edildi və yeni sərəncam Agentliyə göndərildi. Bildirdilər ki, bir aya komissiya toplanacaq. Amma uzun müddət keçsə də, heç bir nəticə olmadı".

Şikayətçi əlavə edib ki, yaşadığı ev ciddi şəkildə deformasiyaya uğrayıb, divarlarda dərin çatlar yaranıb və tikili hər an uçmaq təhlükəsi ilə üz-üzədir:

"Evin bir tərəfi çöküb. Burada yaşamağa məcburuq. Kiçik bir zəlzələ olsa, ev tamamilə dağılacaq".

Sosial Xidmətlər Agentliyindən isə bildirilib ki, Tahir Abdullayevin sənədlərinə baxış zamanı onun Masallı rayonunda istifadəsində fərdi yaşayış evinin olduğu müəyyən edilib.

Qeyd olunub ki, Mənzil Məcəlləsinə əsasən, mülkiyyətində yaşayış sahəsi olan vətəndaşa sosial kirayə müqaviləsi ilə verilən yaşayış sahəsinin ümumi ölçüsü müəyyənləşdirilərkən həmin əmlak da nəzərə alınır.

Bu səbəbdən vətəndaşın Masallı rayonunda olan əmlakı da hesablanaraq onun birotaqlı mənzillə təmin olunması nəzərdə tutulub.

Agentlikdən əlavə olunub ki, Tahir Abdullayevin sosial-məişət şəraitinin yaxşılaşdırılması məsələsinə qanunvericiliyə uyğun şəkildə növbəlilik qaydasında baxılacaq.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Cəmiyyət#Sakin_şikayəti#Sosial_Xidmətlər_Agentliyi#Baku_TV

Oxşar Xəbərlər

DİQQƏT: Xarici bank kartları ilə ictimai nəqliyyatda ödəniş MÜMKÜN OLDUCəmiyyət

DİQQƏT: Xarici bank kartları ilə ictimai nəqliyyatda ödəniş MÜMKÜN OLDU

Azərbaycanda xarici bank kartları ilə də ictimai nəqliyyatda ödəniş etmək mümkündür.

Bu gün
18:120
Yaz allergiyası astmaya çevrilə bilərmi? - Səhiyyə Nazirliyinin pulmonoloqu AÇIQLADI - FOTOCəmiyyət

Yaz allergiyası astmaya çevrilə bilərmi? - Səhiyyə Nazirliyinin pulmonoloqu AÇIQLADI - FOTO

"Yazın gəlişi bir çox insan üçün xoş əhval-ruhiyyə ilə yanaşı, müxtəlif sağlamlıq problemlərini də özü ilə gətirir. Xüsusilə polenlərin (bitki tozcuqlarının) havada artması allergik xəstəliklərin kəskinləşməsinə səbəb olur".

Bu gün
17:580
Suqovuşanda əkin üçün torpağa sahiblənmək istəyənlərə MÜJDƏ - MÜRACİƏT QƏBULU BAŞLADICəmiyyət

Suqovuşanda əkin üçün torpağa sahiblənmək istəyənlərə MÜJDƏ - MÜRACİƏT QƏBULU BAŞLADI

Bu gündən Ağdərənin Suqovuşan kəndində torpaqların əkin məqsədli istifadəyə verilməsi üçün müraciətlərin qəbuluna başlanır.

Bu gün
17:500
Bakıda boru partladı: Su basan küçə ilə bağlı son vəziyyət - VİDEO - FOTOCəmiyyət

Bakıda boru partladı: Su basan küçə ilə bağlı son vəziyyət - VİDEO - FOTO

Bakı şəhəri, Nəsimi rayonunda su xəttində baş verən qəzanın aradan qaldırılması istiqamətində işlərə başlanılıb.

Bu gün
17:300