
Fransa Malidəki vətəndaşlarını ölkəni təcili tərk etməyə çağırdı
Fransa Xarici İşlər Nazirliyi (XİN) Malidə olan vətəndaşlarını bu ölkəni mümkün qədər tez tərk etməyə çağırıb.
Fransa Xarici İşlər Nazirliyi (XİN) Malidə olan vətəndaşlarını bu ölkəni mümkün qədər tez tərk etməyə çağırıb.
Gundem.today bildirir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyinin saytında dərc olunmuş bəyanatda bildirilib.
Fransa XİN bu tövsiyəni aprelin 25-də ölkənin bir sıra bölgələrində baş verən silahlı toqquşmalardan sonra təhlükəsizlik sahəsində qeyri-sabitliyin davam etməsi ilə izah edib. Fransa vətəndaşlarına kommersiya uçuşları ilə ölkədən çıxmaq tövsiyə edilib.
Malidə qalanlara isə nazirlik yaşayış yerlərini tərk etməməyi, qohumları ilə əlaqə saxlamağı və hakimiyyətin məlumatlarını yaxından izləməyi məsləhət görüb. Fövqəladə hallarda Fransa vətəndaşlarına baş konsulluğa müraciət etmələri tapşırılıb.
Xatırladaq ki, aprelin 25-də Mali Ordusunun Baş Qərargahı Bamako da daxil olmaqla hərbi obyektlərə hücumlar barədə məlumat verib. Daha sonra ölkə hakimiyyəti müdafiə naziri Sadio Kamaranın öz iqamətgahına edilən hücum zamanı həlak olduğunu bəyan edib. Keçid dövrü prezidenti Assimi Qoita silahlı qruplaşmalar tamamilə zərərsizləşdirilənə qədər onlara qarşı mübarizənin davam etdiriləcəyinə söz verib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaBöyük Britaniya Xarici İşlər Nazirliyi rusiyalı diplomatın akkreditasiyasını ləğv edib
Böyük Britaniya hökuməti Londondakı Rusiya səfirliyinin əməkdaşının akkreditasiyasını ləğv edib.
DünyaBelçikanın müdafiə naziri Trampı haqlı saydı: NATO barədə sərt sözlər
Belçikanın müdafiə naziri Teo Franken Donald Trampın NATO ilə bağlı tənqidlərinin müəyyən mənada doğru olduğunu bildirib.
DünyaABŞ nüvə silahı ilə bağlı genişmiqyaslı planlarını açıqlayıb
ABŞ Hərb Nazirliyi ölkənin nüvə triadasını modernləşdirmək məqsədilə nüvə silahı və onların daşıyıcı sistemləri üzrə sınaqlar keçirməyi planlaşdırır.
DünyaTramp aparıcı neft-qaz şirkətlərinin rəhbərləri ilə qapalı görüş keçirdi
ABŞ Prezidenti Donald Tramp İran böhranının enerji bazarlarına mümkün təsirlərini və nəticələrini qiymətləndirmək məqsədilə Ağ Evdə qabaqcıl neft-qaz korporasiyalarının rəhbərlərini qəbul edib.