
"Qol maşını" Oskar Kardozo karyerasını bitirdi
Türkiyənin "Trabzonspor" klubunun sabiq hücumçusu, paraqvaylı qol ustası Oskar Kardozo 42 yaşında peşəkar karyerasını başa vurduğunu rəsmən elan edib.
Türkiyənin "Trabzonspor" klubunun sabiq hücumçusu, paraqvaylı qol ustası Oskar Kardozo 42 yaşında peşəkar karyerasını başa vurduğunu rəsmən elan edib.
Gundem.today xəbər verir ki, futbolla vidalaşan təcrübəli hücumçu son olaraq vətənində "Libertad" klubunun şərəfini qoruyub və 1 yanvar 2026-cı il tarixindən etibarən azad agent statusunu daşıyırdı.
Portuqaliya təmsilçisində vurduğu qollar və qazandığı titullarla milyonlarla futbolsevərin yaddaşına həkk olunan Oskar Kardozo zəngin karyerası ərzində müvafiq olaraq "Nasyonal", "Nyuellz Old Boyz", "Benfika", "Trabzonspor", "Olimpiakos" və "Libertad" klublarında çıxış edib.
Paraqvaylı qol maşını karyerası ərzində 2 dəfə Portuqaliya Liqasının, 1 dəfə Portuqaliya Kubokunun, 5 dəfə Portuqaliya Liqa Kubokunun, 1 dəfə Yunanıstan Liqasının, 5 dəfə Paraqvay Apertyurasının və 1 dəfə Paraqvay Klausurasının çempionluq sevincini yaşayıb.
Beynəlxalq arenada da ölkəsini uğurla təmsil edən Kardozo, Paraqvay milli komandasının forması ilə çıxdığı 57 qarşılaşmada rəqib qapılarından 12 top keçirib və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
İdmanÇempionlar Liqasında həftənin ən yaxşı futbolçusu müəyyənləşdi
"Bavariya"nın yarımmüdafiəçisi Maykl Olise UEFA Çempionlar Liqasının dörddəbir final mərhələsinin cavab oyunlarının yekunlarına əsasən həftənin ən yaxşı oyunçusu seçilib.
İdmanAzərbaycan Avropa çempionatında növbəti medalını qazandı
Azərbaycan cüdoçusu Turan Bayramov Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa çempionatında bürünc medal qazanıb.
İdmanArda Gülerdən "Real Madrid" azarkeşlərinə çağırış
İspaniya nəhəngi "Real Madrid"in gənc yarımmüdafiəçisi Arda Güler komandasının UEFA Çempionlar Liqası ilə vidalaşmasına münasibət bildirib.
İdmanAzərbaycan Avropa çempionatında medal hesabını açdı
Azərbaycan milli komandası Tbilisinin ev sahibliyi etdiyi cüdo üzrə Avropa çempionatında ilk medal sevincini yaşayıb.