Son dəqiqə
Musa Qurbanlının zədəsi nə qədər ciddidir? - "Qarabağ"dan AÇIQLAMABritaniya Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirdi"Qarabağ" azarkeşlərinə şad xəbər: Ulduz futbolçu fərdi məşqlərə başladı - VİDEOKeçə sənəti və tarixi dəyərlər: Gənc rəssam Günel Hüseynova ilə FOTOREPORTAJLerik polisindən ƏMƏLİYYAT: Biri qadın olmaqla üç nəfər saxlanıldı - VİDEOPezeşkian SEPAH-ı "məsuliyyətsiz" adlandırdı və Xamenei ilə təcili görüş istədi - FOTO
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Kriminal
  3. Qonşunu öldürməkdə təqsirləndirilənlərin məhkəməsi: "Zirzəmidən otağıma girib mənə təcavüz etdi"
Qonşunu öldürməkdə təqsirləndirilənlərin məhkəməsi: "Zirzəmidən otağıma girib mənə təcavüz etdi"
Kriminal

Qonşunu öldürməkdə təqsirləndirilənlərin məhkəməsi: "Zirzəmidən otağıma girib mənə təcavüz etdi"

Bu gün
15:24
0 baxış
Paylaş:

Bakıda qonşularını qətlə yetirməkdə təqsirləndirilən Elşən Müzəffərov, həyat yoldaşı Gülnar Müzəffərova və qaynı Qasım Xankişiyevin cinayət işi üzrə məhkəmə davam etdirilib.

Bakıda qonşularını qətlə yetirməkdə təqsirləndirilən Elşən Müzəffərov, həyat yoldaşı Gülnar Müzəffərova və qaynı Qasım Xankişiyevin cinayət işi üzrə məhkəmə davam etdirilib.

Gundem.today-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Fəxri Məmmədovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxs Gülnar Müzəffərova dindirilib.

G.Müzəffərova bildirib ki, 2022-ci ilin dekabrında qonşusu ona təcavüz edib:

"Yoldaşım Rusiyaya işləməyə getmişdi. Ona dəfələrlə demişdim ki, hasar alçaqdır, ona bir əncam çək. Qonşum zirzəmidən keçib otağıma girmişdi. Elşən gəldi Rusiyadan və hər şeyi ona etiraf etdim.

Bir gün yoldaşım evdən çıxdı. Hara getdiyini soruşanda dedi ki, daş atmağa gedirəm. Hadisənin necə olması, baş verməsi barədə məlumatım yoxdur. Sonra yoldaşım gəldi, dedi ki, onu öldürmüşəm. Mən də şoka düşdüm. Atama-anama dedim. Yaxınlarıma səs atdım ki, halallıq verin, özümü öldürürəm. İplə özümü asıb öldürmək istəyirdim.

Onun öldürülüb basdırıldığı quyu da kanalizasiya üçün qazılmışdı. Mənim bu hadisədə heç bir günahım yoxdur".

Məhkəmənin növbəti iclası iyunun 2-nə təyin edilib.

Qeyd edək ki, hadisə Bakının Qaradağ rayonunun Səngəçal qəsəbəsində baş verib.

İttihama görə, qəsəbə sakini, 1986-cı il təvəllüdlü Səxavət İsmayılov qonşuları - 1995-ci il təvəllüdlü Elşən Müzəffərov və onun arvadı, 1997-ci il təvəllüdlü Gülnar Müzəffərova tərəfindən yaşadıqları evin həyətində boğularaq öldürülüb, meyiti isə həyətində basdırılıb.

Qətli törətməkdə şübhəli bilinən sözügedən cütlük hadisədən sonra saxlanılıb. İbtidai istintaq araşdırmaları ilə cinayət işində iştirakçı kimi şübhəli bilinən daha bir nəfər - Qasım Xankişiyev də müəyyən olunaraq saxlanılıb.

Hər üç təqsirləndirilənə qarşı Cinayət Məcəlləsinin 120.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Elgün Həsənli

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Kriminal#Bakı_Ağır_Cinayətlər_Məhkəməsi#Səngəçalda_qətl#qonşu_qətli#Elşən_Müzəffərov#Gülnar_Müzəffərova#Qasım_Xankişiyev#məhkəmə_xəbərləri#Qaradağ_rayonu_cinayət_hadisəsi#cinayət_işi

Oxşar Xəbərlər

Lerik polisindən ƏMƏLİYYAT: Biri qadın olmaqla üç nəfər saxlanıldı - VİDEOKriminal

Lerik polisindən ƏMƏLİYYAT: Biri qadın olmaqla üç nəfər saxlanıldı - VİDEO

Lerikdə 14 kiloqram narkotik vasitə və həblər aşkarlanıb.

Bu gün
16:040
Dini ekstremist materiallar yayan şəxsə HÖKM OXUNDUKriminal

Dini ekstremist materiallar yayan şəxsə HÖKM OXUNDU

Dini ekstremist materialların hazırlanması, saxlanılması və yayılması, habelə dini nifrət və düşmənçiliyin salınmasında təqsirləndirilən Orxan Fazil oğlu Sayadov barəsində cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Bu gün
13:400
Kütləvi davada iki nəfəri öldürənlərə ağır cəza verildiKriminal

Kütləvi davada iki nəfəri öldürənlərə ağır cəza verildi

Bakıda iki dostu - Şahin Bayramov və Fərid Əlirzayevi qətlə yetirilməkdə təqsirləndirilən Yunis Rəhimov, Nurani Məmmədov, Ramin Quliyev, Tural Məmmədov və Sərxan Şahbazovun barələrindəki cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Bu gün
13:080
Neftçalada qızıl mağazasından oğurluq edən şəxs saxlanılıbKriminal

Neftçalada qızıl mağazasından oğurluq edən şəxs saxlanılıb

Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon ərazisində yerləşən qızıl mağazalarının birindən oğurluq edən əvvəllər məhkum olunmuş 33 yaşlı Ağaverdi Ağaşov saxlanılıb.

Bu gün
12:440