Son dəqiqə
Azərbaycanda 3 ayda 23 kişi məişət zorakılığına MƏRUZ QALIBKruiz gəmisində hantavirusa yoluxanların sayı artıb - Üç nəfər ölübNikol Paşinyan: "Ermənistan və Azərbaycan arasında sülhün hüquqi əsası var"Şəhid mayorun SON FOTOSU: "Qapıdan çıxırdı, birdən geri qayıtdı və alnımdan öpdü"Azərbaycanı logistika mərkəzinə aparan yol - LONGREAD - FOTOİlham Əliyev Martin Çunqonqu qəbul edib - FOTO
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Kriminal
  3. Kütləvi davada iki nəfəri öldürənlərə ağır cəza verildi
Kütləvi davada iki nəfəri öldürənlərə ağır cəza verildi
Kriminal

Kütləvi davada iki nəfəri öldürənlərə ağır cəza verildi

Bu gün
13:08
0 baxış
Paylaş:

Bakıda iki dostu - Şahin Bayramov və Fərid Əlirzayevi qətlə yetirilməkdə təqsirləndirilən Yunis Rəhimov, Nurani Məmmədov, Ramin Quliyev, Tural Məmmədov və Sərxan Şahbazovun barələrindəki cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Bakıda iki dostu - Şahin Bayramov və Fərid Əlirzayevi qətlə yetirilməkdə təqsirləndirilən Yunis Rəhimov, Nurani Məmmədov, Ramin Quliyev, Tural Məmmədov və Sərxan Şahbazovun barələrindəki cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Oxu Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Aygün Qurbanovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub: Nurani Məmmədov 17 il, Ramin Quliyev 5 il, Tural Məmmədov 15 il müddətinə azadlıqdan məhrum ediliblər.

Nurani Məmmədova qarşı irəli sürülmüş 120.2.2-ci və 120.2.7 maddələri ittihamdan xaric edilib. Ramin Quliyevə qarşı irəli sürülmüş 32.4, 120.2.2-ci və 32.4, 120.2.7-ci maddələri üzrə isə bəraət verilib.

Yunis Rəhimov 3 il, Sərxan Şahbazov isə 3 il azadlığın məhdudlaşdırılması cəzasına məhkum ediliblər.

Xatırladaq ki, prokuror məhkəmədən Yunis Rəhimovun 3 il azadlıqdan məhrum edilməklə məhkəmə zalında həbs olunmasını, Nurani Məmmədovun ömürlük, Ramin Quliyevin 20 il, Tural Məmmədovun 20 il, Sərxan Şahbazovun isə 3 il müddətə həbsini istəmişdi.

Qeyd edək ki, hadisə 2022-ci ilin fevralında Nərimanov rayonu ərazisində qeydə alınıb. İstintaq araşdırması zamanı məlum olub ki, paytaxt sakinləri olan Şahin Bayramov və Fərid Əlirzayev kütləvi dava zamanı qətlə yetiriblər.

Hadisəni törətməkdə təqsirli bilinən Sərxan Şahbazov, Nurani Məmmədov, Ramin Quliyev, Tural Məmmədov və Yunis Rəhimov şübhəli şəxs qismində saxlanılaraq məsuliyyətə cəlb olunublar.

Onlara qarşı Cinayət Məcəlləsinin 120.2.7 (iki və ya daha çox şəxsi öldürmə) və 221.3-cü (silah qismində istifadə olunan əşyalar tətbiq etməklə xuliqanlıq etmə) maddələri ilə ittiham irəli sürülüb.

Onu da qeyd edək ki, cinayət işinin məhkəmə istintaqı daha əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Samir Əliyevin icraatında olub. Hakim 2025-ci ilin mayında dünyasını dəyişdiyi üçün cinayət işinin araşdırılması hakim Aygün Qurbanovanın sədrliyi ilə olan heyətin icraatına verilib.

Elgün Həsənli

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Kriminal#Bakı_Ağır_Cinayətlər_Məhkəməsi#qətl_hadisəsi#kütləvi_dava#Nərimanov_rayonunda_cinayət#məhkəmə_hökmü#Şahin_Bayramov#Fərid_Əlirzayev#azadlıqdan_məhrumetmə#cinayət_işi

Oxşar Xəbərlər

Dini ekstremist materiallar yayan şəxsə HÖKM OXUNDUKriminal

Dini ekstremist materiallar yayan şəxsə HÖKM OXUNDU

Dini ekstremist materialların hazırlanması, saxlanılması və yayılması, habelə dini nifrət və düşmənçiliyin salınmasında təqsirləndirilən Orxan Fazil oğlu Sayadov barəsində cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Bu gün
13:400
Neftçalada qızıl mağazasından oğurluq edən şəxs saxlanılıbKriminal

Neftçalada qızıl mağazasından oğurluq edən şəxs saxlanılıb

Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon ərazisində yerləşən qızıl mağazalarının birindən oğurluq edən əvvəllər məhkum olunmuş 33 yaşlı Ağaverdi Ağaşov saxlanılıb.

Bu gün
12:440
Bakıda məşhur estetik mərkəzdə qanunsuz əməliyyatlar edənlərin məhkəməsi başladıKriminal

Bakıda məşhur estetik mərkəzdə qanunsuz əməliyyatlar edənlərin məhkəməsi başladı

"UĞUR 777 estetik mərkəz"də baş verən qanunsuzluqlarla bağlı açılmış cinayət işi üzrə təqsirləndirilən şəxslərin - Xəyalə İsmayılova, Murad Bağırov və Rəsmiyə Quliyevanın məhkəməsi başlayıb.

Bu gün
11:000
Fitnes üzrə peşəkar idmançını qətlə yetirən şəxs yenidən hakim qarşısına çıxarılırKriminal

Fitnes üzrə peşəkar idmançını qətlə yetirən şəxs yenidən hakim qarşısına çıxarılır

İdmançı qohumunu qətlə yetirməkdə təqsirləndirilən Yusif İsmayılovun barəsindəki qərardan yenidən kassasiya şikayəti verilib.

Bu gün
09:400