
"Real"da böhran: Mbappe Vinisiusun satışını istəyir, əks halda...
"Real Madrid"in forvardı Kilian Mbappe ilə komandanın məşqçilər korpusunun nümayəndəsi arasında insident baş verib.
"Real Madrid"in forvardı Kilian Mbappe ilə komandanın məşqçilər korpusunun nümayəndəsi arasında insident baş verib.
Gundem.today xəbər verir ki, məlumatı "The Athletic" portalı yayıb.
Xəbərə görə, hadisə aprelin 24-də keçirilən "Betis"lə qarşılaşmadan (1:1) öncə yaşanıb. Belə ki, məşq zamanı futbolçunun ofsayd vəziyyətində olduğunu bildirən kluba məxsus əməkdaş Mbappenin qəzəbli və təhqiramiz sözlərinə məruz qalıb.
Mayın 5-də isə fransalı ulduzun Vinisiusun satılmasını klub rəhbərliyindən tələb etdiyi barədə xəbərlər yayılıb. Jurnalist Fransua Qalyardonun sözlərinə görə, oyunçunun anası Fayza Lamari "Real"ın prezidenti Florentino Peresə oxşar tələblə müraciət ünvanlayıb. Vinisiusun komandada qalacağı təqdirdə Mbappenin klubu tərk edəcəyi vurğulanır.
Qeyd edək ki, 2026-cı ilin aprel ayının sonlarında hücumçunun sol bud əzələsində zədələnmə qeydə alınıb. Aldığı travma səbəbindən o, mövsümün qalan matçlarında iştirak etməyə bilər.
Hazırkı mövsümdə 27 yaşlı forvard 24 qolla İspaniya çempionatının bombardirlər siyahısına başçılıq edir. Ümumilikdə isə o, bütün turnirlər çərçivəsində "Real" forması ilə keçirdiyi 41 oyunda 41 qol vurub və 6 məhsuldar ötürmə verib. Mbappe 2024-cü ilin yayından "qaymaqlılar"ın şərəfini qoruyur. Tərəflər arasındakı müqavilənin müddəti 2029-cu ilin yayında başa çatır. "Transfermarkt" portalına əsasən, futbolçunun transfer dəyəri 200 milyon avro qiymətləndirilir.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
İdmanÇempionlar Liqası: "Arsenal" finalda - VİDEO
UEFA Çempionlar Liqasının 2025/2026 mövsümünün yarımfinal mərhələsinin cavab oyununda Londonun "Arsenal" klubu Madridin "Atletiko" komandasını qəbul edib.
İdman"Sabah" ardıcıl dördüncü dəfə Azərbaycan Basketbol Liqasının qalibi olub
"Sabah" ardıcıl dördüncü dəfə Azərbaycan Basketbol Liqasının qalibi olub.
İdman"Bavariya"dan sürpriz həmlə: Kvaratsxeliyanın qardaşını transfer edirlər
Almaniya Bundesliqası təmsilçilərindən "Bavariya" PSJ-nin ulduzu Xviça Kvaratsxeliyanın "Dinamo Tbilisi"də çıxış edən qardaşı Tornike Kvaratsxeliya ilə maraqlanır.
İdmanAzərbaycanın minifutbol yığması "Millətlər Liqası" turnirinin qalibi olub
Azərbaycanın minifutbol millisi Monteneqroda keçirilən "Millətlər Liqası" turnirinin qalibi olub.