Son dəqiqə
İran Mossad agentini edam edib - FOTODövlət qoruğu BUZA QARŞI DUZ alacaq - 250 tonluq tender"Çelsi"nin baş məşqçi postuna əsas namizəd açıqlanıbBarrak: "Türkiyənin "F-35" proqramına yenidən qoşulması NATO-nun qarşılıqlı əməkdaşlığını gücləndirər"ABŞ-də İmmiqrasiya və Gömrük Mühafizəsi Xidmətinin rəhbərinə hədə-qorxu gələn şəxs saxlanılıbNazir aparat rəhbəri və müşavir təyin etdi - FOTO
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Kriminal
  3. Rəqsanə İsmayılova ilə bağlı YENİ QƏRAR
Rəqsanə İsmayılova ilə bağlı YENİ QƏRAR
Kriminal

Rəqsanə İsmayılova ilə bağlı YENİ QƏRAR

Bu gün
12:41
0 baxış
Paylaş:

Külli miqdarda ziyan vurmaqla dələduzluq etməkdə təqsirləndirilən müğənni Rəqsanə İsmayılova barəsində qətimkan tədbiri dəyişdirilib.

Külli miqdarda ziyan vurmaqla dələduzluq etməkdə təqsirləndirilən müğənni Rəqsanə İsmayılova barəsində qətimkan tədbiri dəyişdirilib.

Gundem.today APA-ya istinadən xəbər verir ki, onun barəsində olan ev dustaqlığı qətimkan tədbiri polis nəzarəti altında olma qətimkan tədbiri ilə əvəz olunub.

Qeyd edək ki, müğənni Rəqsanə İsmayılova ötən ilin avqust ayında dələduzluq ittihamı ilə həbs edilib.

Vətəndaşlardan daxil olan şikayətlər əsasında polisin həyata keçirdiyi tədbirlər nəticəsində dələduzluq etməkdə təqsirli bilinən müğənni saxlanılıb. Araşdırmalarla müəyyən edilib ki, o, iki nəfər zərərçəkən şəxsin ümumilikdə 35 000 manat dəyərində qızıl-zinət əşyalarını və 520 000 ABŞ dolları məbləğində pulunu dələduzluqla ələ keçirib.

Faktlarla bağlı Sabunçu Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq etmə maddəsi ilə cinayət işi başlanılıb və R.İsmayılova təqsirləndirilən qismində saxlanılaraq istintaqa cəlb olunub. Onun barəsində məhkəmənin qərarı ilə 4 ay müddətində həbs qətimkan tədbiri seçilib.

Noyabr ayında isə Rəqsanə İsmayılova ev dustaqlığına buraxılıb. Sabunçu Rayon Məhkəməsi onun barəsində olan həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə qərar verib.

Dəymiş zərərin müəyyən hissəsinin (100 min manat) ödənilməsi və zərərçəkmişlərlə təqsirləndirilən Rəqsanə İsmayılova arasında olan qarşılıqlı razılığa əsasən, onun barəsində tətbiq edilmiş həbs qətimkan tədbiri məhkəmə tərəfindən ev dustaqlığı ilə əvəz olunub.

Cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Kriminal#Rəqsanə_İsmayılova#müğənni#dələduzluq_ittihamı#ev_dustaqlığı#polis_nəzarəti#məhkəmə_qərarı#cinayət_işi#Sabunçu_Rayon_Polis_İdarəsi#həbs_qətimkan_tədbiri#külli_miqdarda_ziyan#şou-biznes_xəbərləri.

Oxşar Xəbərlər

Bakıda balta ilə polisə müqavimət göstərən şəxsə silah tətbiq edildi - SAXLANILANLAR VAR - VİDEOKriminal

Bakıda balta ilə polisə müqavimət göstərən şəxsə silah tətbiq edildi - SAXLANILANLAR VAR - VİDEO

Bakıda polisin keçirdiyi əməliyyat-axtarış tədbirləri zamanı müqavimət göstərən şəxslər tutulublar.

Bu gün
12:000
Ağstafada məktəbdə BIÇAQLI İNSİDENT: 8-ci sinif şagirdi xəstəxanalıq olduKriminal

Ağstafada məktəbdə BIÇAQLI İNSİDENT: 8-ci sinif şagirdi xəstəxanalıq oldu

Ağstafa rayonundakı məktəbdə baş verən bıçaqlanma hadisəsi ilə bağlı təhsil müəssisəsindən rəsmi açıqlama verilib.

Bu gün
11:110
Ağstafada məktəbdə BIÇAQLI İNSİDENTKriminal

Ağstafada məktəbdə BIÇAQLI İNSİDENT

Ağstafa rayonunda bıçaqlanma hadisəsi baş verib.

Bu gün
10:350
Beynəlхalq axtarışda olan iki şəxs ölkəmizə ekstradisiya edildiKriminal

Beynəlхalq axtarışda olan iki şəxs ölkəmizə ekstradisiya edildi

"Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında" 07 oktyabr 2002-ci il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq, Azərbaycan Respublikasının vətəndaşları Şəhruddin Süleyman oğlu Göylərov və Elşad Adil oğlu Ələsgərovun ekstradisiyası ilə bağlı Baş Prokurorluğun vəsatətləri Rusiya Federasiyasının Baş Prokurorluğu tərəfindən təmin edilib.

Bu gün
10:260