
Roma Papası banka zəng etdi, əməkdaş isə telefonu onun üzünə bağladı
Bank əməkdaşı Roma Papasının telefon zənginə şübhə ilə yanaşaraq dəstəyi onun üzünə asıb.
Bank əməkdaşı Roma Papasının telefon zənginə şübhə ilə yanaşaraq dəstəyi onun üzünə asıb.
Gundem.today xəbər verir ki, bu qeyri-adi hadisə barədə "The New York Times" qəzeti məlumat yayıb.
2025-ci ilin ortalarında baş vermiş insidenti pontifikin yaxın dostu, keşiş Tom Makkarti mətbuata açıqlayıb. Hadisə Papa XIV Leonun seçilməsindən təxminən iki ay sonra baş verib. Belə ki, pontifik bank hesabındakı əlaqə detallarını yeniləmək qərarına gəlib.
Telefon danışığı zamanı Papa özünü dünyəvi adı - Robert Prevo kimi təqdim edib və bütün yoxlama suallarına doğru cavab verib. Lakin bank əməkdaşı onun ünvanını və telefon nömrəsini məsafədən dəyişməkdən imtina edərək, müştəriyə şəxsən filiala yaxınlaşmağı tövsiyə edib. Papanın bunun qeyri-mümkün olduğunu bildirməsi də nəticəni dəyişməyib.
Sonda pontifik "Mənim Roma Papası Leo olduğumu bildirsəm, nəsə dəyişəcək?" deyə soruşub. Bu sözlərdən dərhal sonra bank işçisi zəngin zarafat olduğunu düşünərək dəstəyi asıb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaKaliforniya köpəkbalıqlarının hücumuna məruz qala bilər
"El-Ninyo" iqlim fenomeni səbəbindən ABŞ-nin Kaliforniya sahilləri köpəkbalıqlarının axınına məruz qala bilər.
DünyaAlyaskada tarixin ikinci ən hündür meqasunamisi qeydə alınıb
Ötən ilin yayında Alyaskanın cənub-şərqində yerləşən ucqar fyordda baş verən nəhəng meqasunami dalğası müşahidələr tarixində hündürlüyünə görə ikinci ən böyük dalğa kimi qeydə alınıb.
DünyaBruney sultanı Filippinə səfəri zamanı təyyarəni özü idarə etdi - FOTO
Bruney Sultanı Hacı Həssənal Bolkiah ASEAN sammitində iştirak etmək məqsədilə şəxsi təyyarəsinin sükanı arxasında Filippinə gəlib.
Dünya"Elə bir vəziyyətə düşmüşdüm ki, hər an infarkt keçirə bilərdim" - Ukrayna cəbhəsində jurnalisti sarsıdan hadisə
- Deyəsən gəlməsiniz? İlk dəfə görürəm.