
Ruandanın çempionluğunda Azərbaycanın payı
"FIFA Series-2026" beynəlxalq turnirinin həlledici final matçında Ruanda və Estoniya milli komandaları üz-üzə gəliblər.
"FIFA Series-2026" beynəlxalq turnirinin həlledici final matçında Ruanda və Estoniya milli komandaları üz-üzə gəliblər.
Gundem.today xəbər verir ki, rəqibini 2:0 hesabı ilə məğlubiyyətə uğradan Afrika təmsilçisi bu nüfuzlu turnirin çempionu adını qazanıb.
Çempion komandanın heyətində Azərbaycan Premyer Liqasında top qovan legionerlərimiz də yer alıblar. Belə ki, "Zirə" klubunun şərəfini qoruyan Anje Mutsinzi və Leyor Mikels, eləcə də "Sabah"ın üzvü Coy Lens Mikels bu vacib qarşılaşmaya ilk dəqiqələrdən start veriblər. "Karvan-Yevlax"ın formasını daşıyan Coy Slayd Mikels isə matçın 79-cu dəqiqəsində ehtiyat oyunçular skamyasından meydana daxil olub.
Coy Lens Mikels Ruanda millisinin ilk qolunun məhsuldar ötürməsi ilə yadda qaldığı halda, Leroy Mikels rəqib qapısından keçirilən ikinci topun müəllifi olub. Məhz bu parlaq çıxışına görə o, final qarşılaşmasının ən yaxşı oyunçusu adına layiq görülüb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
İdman"Qalatasaray"dan ilin transfer bombası: "Mançester Siti"nin ulduzu Türkiyəyə gəlir? - FOTO
Türkiyənin "Qalatasaray" klubu transfer bazarında səs-küy yaradacaq addıma hazırlaşır. İstanbul nəhənginin İngiltərənin "Mançester Siti" klubundan portuqaliyalı ulduz Bernardo Silvanı heyətinə qatmağı planlaşdırır.
İdmanManuel Noyer "Bavariya"nın məşqlərinə qayıtdı
Almaniya nəhəngi "Bavariya"nın əvəzolunmaz qapıçısı və kapitanı Manuel Noyer yenidən komanda ilə birlikdə məşqlərə start verib.
İdmanİngiltərəli müdafiəçi "Mançester Yunayted"lə bağlı qərarını verdi
İngiltərə yığmasının müdafiəçisi Harri Maquayr karyerasını "Mançester Yunayted"də davam etdirməyə qərar verib və tezliklə klubla yeni müqavilə imzalayacaq.
İdmanƏfsanəvi bolqarıstanlı qapıçı vəfat etdi
Bolqarıstan milli komandanın sabiq və tanınmış qapıçısı Borislav Mihaylov vəfat edib.