Rumıniyalı Olimpiya medalçısı üçün üzücü xəbər: Yarışlardan kənarlaşdırıldı
2024-cü ildə Parisdə keçirilən Olimpiya Oyunlarının bürünc medalçısı, rumıniyalı gimnast Ana-Mariya Berbosu yarışlardan müvəqqəti olaraq kənarlaşdırılıb. Buna səbəb idmançının 12 ay ərzində üç dəfə antidopinq qaydalarını pozması olub.

Gundem.today xəbər verir ki, bu barədə Beynəlxalq Dopinq Testləri Agentliyinin (ITA) mətbuat xidməti məlumat yayıb.
"Romania-Insider" nəşrinin məlumatına görə, qayda pozuntularından biri Rumıniyada, digər ikisi isə ABŞ-də qeydə alınıb. Bildirilir ki, 19 yaşlı gimnast hazırda ABŞ-də yerləşən Stenford Universitetində təhsil alır.
Rumıniya təmsilçisi artıq İdman Arbitraj Məhkəməsinə apellyasiya şikayəti verib. O, məhkəmədə yerləşdiyi yer barədə məlumatlandırma qaydalarının pozulması ilə bağlı hər üç epizod üzrə arqument və sübutlarını təqdim etmək imkanı əldə edəcək.
Xatırladaq ki, Berbosu 2024-cü il Olimpiadasının bürünc medalını CAS amerikalı gimnast Cordan Çaylzın xallarının yenidən hesablanmasını ləğv etdikdən sonra qazanmışdı.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
İdman"El Klasiko" öncəsi "Real"da intizam böhranı: Valverde və Tçuameni heyətdən kənarlaşdırıla bilər
"Bu gün səhər saatlarında əsas komandanın təlim-məşq toplanışında qeydə alınan insidentlə əlaqədar oyunçularımız Federiko Valverde və Orelyen Tçuameniyə qarşı intizam icraatının başladılmasına qərar verilib".
İdman"El-Klasiko" öncəsi "Real"da intizam böhranı: İki futbolçu heyətdən kənarlaşdırıla bilər
"Bu gün səhər saatlarında əsas komandanın təlim-məşq toplanışında qeydə alınan insidentlə əlaqədar oyunçularımız Federiko Valverde və Orelyen Tçuameniyə qarşı intizam icraatının başladılmasına qərar verilib".
İdmanFIFA və "Panini" arasındakı 50 illik əməkdaşlıq başa çatır
Beynəlxalq Futbol Federasiyası (FIFA) ilə futbol stikerləri istehsalçısı olan "Panini" şirkəti arasında əməkdaşlığa 2030-cu il dünya çempionatından sonra son qoyulacaq.
İdman"Real"ın paltardəyişmə otağında şok dava: Valverde yaddaşını itirdi
Madridin "Real" klubunun yarımmüdafiəçisi və kapitanı Federiko Valverde komanda yoldaşı Orelyen Çuameni ilə davası zamanı aldığı zərbədən sonra yaddaşını itirib. İnsident zamanı uruqvaylı futbolçu yıxılaraq başını stola çırpıb. Hadisə "kral klubu"nun paltardəyişmə otağında qeydə alınıb.