
"El-Klasiko" öncəsi "Real"da intizam böhranı: İki futbolçu heyətdən kənarlaşdırıla bilər
"Bu gün səhər saatlarında əsas komandanın təlim-məşq toplanışında qeydə alınan insidentlə əlaqədar oyunçularımız Federiko Valverde və Orelyen Tçuameniyə qarşı intizam icraatının başladılmasına qərar verilib".
"Bu gün səhər saatlarında əsas komandanın təlim-məşq toplanışında qeydə alınan insidentlə əlaqədar oyunçularımız Federiko Valverde və Orelyen Tçuameniyə qarşı intizam icraatının başladılmasına qərar verilib".
Gundem.today xəbər verir ki, bu barədə "Real Madrid" klubunun sosial media hesablarında yayılan rəsmi açıqlamada bildirilib.
Klub rəhbərliyi müvafiq daxili prosedurlar başa çatdıqdan sonra hər iki futbolçu ilə bağlı qəbul edilən qərar barədə ictimaiyyətə əlavə məlumat veriləcəyini qeyd edib.
Madridin "Real" klubunun yarımmüdafiəçisi və kapitanı Federiko Valverde komanda yoldaşı Orelyen Tçuameni ilə davası zamanı aldığı zərbədən sonra yaddaşını itirib. İnsident zamanı uruqvaylı futbolçu yıxılıb, başı stola çırpılıb. Hadisə "kral klubu"nun paltardəyişmə otağında qeydə alınıb.
Gundem.today "El Chiringuito" nəşrinə istinadən xəbər verir ki, Valverdenin yaddaşı tamamilə itməsə də, o, müəyyən məqamları unudub. Bununla əlaqədar olaraq futbolçu kompüter tomoqrafiyası (KT) müayinəsindən keçirilib.
Məlumata görə, Valverde və Tçuameni arasındakı münaqişə ötən gün keçirilən məşq zamanı söz atışması ilə başlayıb. Mayın 7-də isə tərəflər arasındakı gərginlik paltardəyişmə otağında əlbəyaxa davaya çevrilib.
Jurnalist Abraham Romeronun "X" sosial şəbəkəsində paylaşdığı məlumata əsasən, Valverde İspaniya çempionatının 35-cu turu çərçivəsində mayın 10-da keçiriləcək "Barselona" ilə qarşılaşmanı (El-Klasiko) buraxmalı olacaq. Həkimlər başından zərbə alan uruqvaylı oyunçuya ən azı bir həftə məşqlərdən uzaq durmağı və meydana çıxmamağı məsləhət görüblər.
"Real Madrid"in yarımmüdafiəçiləri Orelen Tçuameni və Federiko Valverde komandanın bugünkü məşqində əlbəyaxa dava ediblər.
Gundem.today xəbər verir ki, bu barədə İspaniyanın "Marca" nəşri məlumat yayıb.
Ötən gün yayılan xəbərlərdə futbolçuların məşq zamanı az qala dava edəcəkləri bildirilmişdi. Qeyd olunub ki, oyun epizodlarından birində qayda pozuntusundan sonra fransalı və uruqvaylı yarımmüdafiəçilər bir-birini itələməyə başlayıblar. Tərəflər arasındakı mübahisə paltardəyişmə otağında da davam edib.
"Marca"nın məlumatına görə, bu gün futbolçular arasında yeni insident yaşanıb. Hadisə klub daxilində təcili iclasın keçirilməsinə və rəhbərliyin cəza tədbirləri məsələsini nəzərdən keçirməsinə səbəb olub.
Komandanın bir neçə üzvü yeni qarşıdurmanı çox ciddi adlandırıb. Bildirilir ki, dava ilk andan kəskin xarakter alıb və digər futbolçuların müdaxiləsini tələb edib. Nəticədə Federiko Valverde xəstəxanaya yerləşdirilib. Mənbələrin iddiasına görə, son qarşıdurma ötən gün baş verən insidentdən daha ağır olub.
Paltardəyişmə otağında təcili iclas davadan dərhal sonra keçirilib. Heç bir futbolçu məşq bazasını tərk etməyib. Əsas məqsəd yaranmış problemləri aradan qaldırmaq və klub rəhbərliyində ciddi narahatlıq yaradan gərginliyin daha da böyüməsinin qarşısını almaq olub.
Hazırda "Real Madrid"də atmosferin son dərəcə gərgin olduğu bildirilir. Komandada əsəbilik və daxili parçalanmanın hökm sürdüyü, vəziyyətin isə hələ də həllindən uzaq olduğu vurğulanır.
Qeyd edək ki, 27 yaşlı Federiko Valverde 2018-ci ildən Madrid klubunun formasını geyinir. O, cari mövsümdə müxtəlif turnirlərdə 48 oyunda meydana çıxıb, 9 qol vurub və 13 məhsuldar ötürmə edib.
26 yaşlı Orelen Tçuameni isə 2022-ci ildən "Real Madrid"də çıxış edir. Fransalı yarımmüdafiəçi bu mövsüm 46 matçda iştirak edib, 2 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
İdman"Real"ın ulduzu susqunluğunu pozdu: "Vəziyyəti şişirdirlər"
"Real Madrid"in yarımmüdafiəçisi Federiko Valverde komanda yoldaşı Orelyen Tçuameni ilə aralarında baş verən dava barədə yayılan xəbərlərə aydınlıq gətirib.
İdman"Sabah"dan "transfer bombası": PSV-nin sabiq müdafiəçisi Bakıya gələ bilər
"Sabah" klubu heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır. Paytaxt təmsilçisi mərkəz müdafiəçisi Derrik Lukassenin transferi üçün danışıqlara başlayıb.
İdmanUEFA Avropa Liqası: Finalçılar bəlli oldu
Bu gün UEFA Avropa Liqasında yarımfinal mərhələsinin cavab oyunları keçirilib.
İdmanUEFA Avropa Liqası: Finalçılar bəlli oldu - VİDEO
Bu gün UEFA Avropa Liqasında yarımfinal mərhələsinin cavab oyunları keçirilib.