
Rusiya qaz qiymətlərini artırsa, Ermənistan iki qurumu tərk edəcək: İrəvandan bəyanat
"Rusiya respublikaya tədarük edilən qazın qiymətini artırmaq qərarına gələrsə, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) və Avrasiya İqtisadi İttifaqından (Aİİ) çıxacaq".
"Rusiya respublikaya tədarük edilən qazın qiymətini artırmaq qərarına gələrsə, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) və Avrasiya İqtisadi İttifaqından (Aİİ) çıxacaq".
Gundem.today-ın "İnterfaks"a istinadən xəbərinə görə, bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyan jurnalistlər üçün keçirilən brifinqdə bəyan edib.
"Bu cür danışıqlar, məsələn, Ermənistan mallarının idxalı və ya qaz qiymətləri ilə bağlı danışıqlar yeni xəbər deyil. Deməliyəm ki, əgər onlar belə bir qərar qəbul etsələr, Ermənistan öz qərarını verəcək və birdəfəlik KTMT və Aİİ-dən çıxacaq", - deyə o qeyd edib.
"Amma düşünmürəm ki, məsələ bu nöqtəyə gəlib çatar, çünki bilirəm ki, iki ölkə liderləri arasında çox yaxşı və effektiv söhbət baş tutub", - Simonyan əlavə edib.
Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin arasında danışıqlar aprelin 1-də Moskvada baş tutub.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaLondon merinin mühafizəçisi silah dolu çantanı küçədə unudub
London meri Sadiq Xanın mühafizəçisi küçədə odlu silahlarla dolu çanta unutduqdan sonra Britaniya polisi daxili araşdırmaya başlayıb və beş əməkdaş işdən kənarlaşdırılıb.
DünyaErməni nazir: "Azərbaycan tərəfi qiymətlə bağlı sorğu göndərib"
"Azərbaycan üzərindən Ermənistana malların tranziti artır".
DünyaKİV: ABŞ-nin "A-10" hücum təyyarəsi İran ərazisində vurulmayıb
ABŞ-nin "A-10" hücum təyyarəsi İran ərazisində vurulmayıb.
DünyaSerj Sarqsyanın partiyası seçkidə iştirak edəcək?
Serj Sarqsyan Ermənistan Respublikaçı Partiyasının 18-ci qurultayından əvvəl iyunun 7-nə təyin olunan parlament seçkisində iştirak etməyəcəyini təsdiqləyib.