
Rusiyada ilk dəfə qadın biryumurtalı dördəm dünyaya gətirib
Sankt-Peterburqdan olan qadın Rusiyada ilk dəfə olaraq bir yumurtadan yaranan dördəm dünyaya gətirib.
Sankt-Peterburqdan olan qadın Rusiyada ilk dəfə olaraq bir yumurtadan yaranan dördəm dünyaya gətirib.
Gundem.today bu barədə "Mash" "Telegram" kanalına istinadən xəbər verir.
Mütəxəssislərin sözlərinə görə, belə hal təxminən hər 15.5 milyon doğuşdan bir baş verir. Doğulan körpələrin hamısı bir-birindən seçilməyən qızlardır.
Məlumata görə, yeni doğulanların çəkisi 1 360-dan 1 640 qrama qədər, boyları isə 37-41 sm arasındadır. Hazırda onlar həkim nəzarəti altındadır.
Ümumilikdə dünyada təxminən 15 belə eyni dördəm qeydə alınıb və onların 10-u qızdır.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaTürkiyədə Qara dəniz üzərində qeyri-adi bulud müşahidə olunub
Türkiyədə Qara dəniz üzərində qeyri-adi formalı bulud qeydə alınıb.
DünyaDağıstanda bir neçə nəfəri sel aparıb
Rusiyada, Dağıstanın Dərbənd rayonunda bir neçə nəfəri sel aparıb.
DünyaNigeriya ordusu kilsədə girov götürülən 31 nəfəri azad edib
Nigeriya ordusu Pasxa mərasimi zamanı kilsədə terrorçular tərəfindən girov götürülən 31 mülki şəxsi azad edib.
Dünyaİran Trampın ultimatumuna cavab verdi
Tehran ABŞ Prezidenti Donald Trampın aprelin 7-dək razılaşma əldə olunması ilə bağlı ultimatumuna reaksiya verib.