
Rusiyada qar uçqunu ilə bağlı NÖVBƏTİ FACİƏ
Rusiyanın Buryatiya Respublikasında dağlıq ərazidə dörd turist qar uçqununun altında qalıb.
Rusiyanın Buryatiya Respublikasında dağlıq ərazidə dörd turist qar uçqununun altında qalıb.
Gundem.today TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin regional şöbəsi məlumat yayıb.
"Aprelin 24-də Munku-Sardık dağındakı aşırımda qar uçqunu olması barədə məlumat alınıb. İlkin məlumatlara görə, dörd nəfər qar uçqunu altında qalıb. Onların şəxsiyyətləri müəyyən edilir", - deyə açıqlamada bildirilib.
Rusiya Federasiyasının Buryatiya üzrə İstintaq Komitəsinin yaydığı məlumatda isə bildirilir ki, turist qrupu yeddi nəfərdən ibarət olub.
"İlkin məlumatlara görə, yeddi nəfərdən ibarət qeydiyyatsız qrup zirvəyə doğru dırmaşan zaman aşırımlardan birində qar kütləsi onların üzərinə düşüb. Turistlərdən üçü yamacdan kənarda tapılıb. Onlar xəsarət alıblar, hadisə barədə ratsiya vasitəsilə xəbər verə biliblər. Qrupun qalan üzvlərinin qar altında qaldığı güman edilir", - deyə idarədən bildirilib.
Hadisə yerində axtarış-xilasetmə işləri aparılır.
Qeyd edək ki, bu, sözügedən ərazidə son günlər baş verən ikinci oxşar hadisədir. Daha əvvəl Munku-Sardık dağından eniş zamanı üç nəfər turist donaraq ölmüşdü.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Dünyaİlon Maskın şirkəti robot-taksilərin satışına başladı
ABŞ-li sahibkar İlon Maska məxsus "Tesla" şirkəti tərəfindən yaradılan robotlaşdırılmış taksilər - "Cybercab"ın satışına başlanılıb.
DünyaYaxın Şərq münaqişəsi Rusiyadan neft alışını kəskin artırdı
Yaxın Şərq münaqişəsi ilə əlaqədar yaranan qlobal enerji böhranı Sinqapurun Rusiyadan neft məhsulları idxalını kəskin şəkildə çoxaltması ilə nəticələnib.
DünyaRusiyalı milyarderlər fantastik qiymətə bunkerlər almağa başlayıblar - FOTO
Rusiyalı iş adamları üçüncü dünya müharibəsi ehtimalına qarşı Yeni Zelandiyada bunkerli evlər və mənzillər alırlar.
DünyaPekində dünyanın ən böyük avtomobil sərgisi açılıb - VİDEO
On doqquzuncu Pekin Beynəlxalq Avtomobil Sərgisi (Auto China 2026) rekord böyüklükdəki sərgi məkanında media nümayəndələri üçün fəaliyyətə başlayıb.