Son dəqiqə
İrandan Azərbaycana indiyədək neçə nəfər təxliyə olunub?Gürcüstan XİN başçısı: "İlham Əliyevi Tbilisidə salamlamaq bizim üçün böyük şərəfdir"ABŞ pilotları İrandan necə çıxarıldılar?"Bavariya" Noyerin davamçısını tapıb - FOTOİran ABŞ-nin atəşkəs təklifini rədd etdi: Şərtlər irəli sürdüAzərbaycanda vahid büdcə təsnifatı yenilənib
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Kriminal
  3. Rüşvətə görə tutulan məmur 150 min verib cəzasını azaltmaq istədi, dələduzluqla üzləşdi
Rüşvətə görə tutulan məmur 150 min verib cəzasını azaltmaq istədi, dələduzluqla üzləşdi
Kriminal

Rüşvətə görə tutulan məmur 150 min verib cəzasını azaltmaq istədi, dələduzluqla üzləşdi

Bu gün
18:04
0 baxış
Paylaş:

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 5 nömrəli Tibbi-sosial ekspert komissiyasının keçmiş sədri, 8 il müddətinə azadlıqdan məhrum edilən Katib Məmmədov Ali Məhkəmədə cəzasını yüngülləşdirmək istəyərkən dələduzluqla üzləşib.

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 5 nömrəli Tibbi-sosial ekspert komissiyasının keçmiş sədri, 8 il müddətinə azadlıqdan məhrum edilən Katib Məmmədov Ali Məhkəmədə cəzasını yüngülləşdirmək istəyərkən dələduzluqla üzləşib.

Gundem.today "Qaynarinfo"ya istinadla xəbər verir ki, Katib Məmmədovun tapşırığı ilə qardaşı İlham Məmmədov Elnur adlı şəxslə əlaqə saxlayıb. O, özünü dövlət qurumlarında ciddi əlaqələri olan şəxs kimi təqdim edərək Katib Məmmədovun cəzasının yüngülləşdirilməsinə kömək edə biləcəyini deyib. Bunun müqabilində isə 150 min manat pul istəyib.

İlham Məmmədov hissə-hissə olmaqla tələb olunan məbləği Elnura verib. Lakin Elnur vədini yerinə yetirməyib. Bundan sonra İ.Məmmədov verdiyi pulu geri istəyib. Elnur aldığı məbləğdən 90 min manat qaytarıb.

Zərərçəkmiş tərəfin hüquq-mühafizə orqanlarına müraciətindən sonra faktla bağlı Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə cinayət işi başlanıb. Cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə baxılıb.

Müttəhim məhkəmə zamanı verilmiş ittiham üzrə özünü qismən təqsirli bilib. O, iddia edib ki, İlham Məmmədovdan 90 min manat alıb və həmin məbləği də geri qaytarıb.

Zərərçəkmiş tərəf isə israrla bildirib ki, Elnur onlardan 150 min manat alıb. Bu məbləğin 90 min manatını qaytarıb, 60 min manatını isə mənimsəyib.

Məhkəmənin hökmü ilə Elnur 6 il müddətinə azadlıqdan məhrum olunub. Təqsirləndirilən şəxsin üzərində başqa cinayət işinə görə olan cəza hazırkı cəza ilə qismən toplanıb və ona 10 il müddətində azadlıqdan məhrumetmə cəzası təyin edilib.

Elnurun hər iki cinayət işinə görə şübhəli şəxs qismində saxlanıldığı ümumi olaraq 4 gün müddət təyin edilmiş cəzadan çıxılıb və üzərində qəti olaraq 9 il 11 ay 26 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılıb.

Katib Məməədov 2020-ci ildə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. O, rüşvət alma, vəzifə saxtakarlığı və digər cinayətlərdə ittiham olunaraq Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi isə cəzanı 8 ilə endirib.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Kriminal#Katib_Məmmədov#dələduzluq#məhkəmə_qərarı#həbs_cəzası#rüşvət#TSEK_sədri#Bakı_Ağır_Cinayətlər_Məhkəməsi#150_min_manat#cinayət_işi.

Oxşar Xəbərlər

Hərrac vədi ilə 65 minlik dələduzluq işinə dair QƏRAR VERİLDİKriminal

Hərrac vədi ilə 65 minlik dələduzluq işinə dair QƏRAR VERİLDİ

Hərrac dələduzluğunda təqsirləndirilən Ceyhun Hüseynov və Lalə Həsənovanın cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Bu gün
17:500
Quldurluq və oğurluq cinayətlərini törətməkdə şübhəli bilinən şəxs saxlanıldıKriminal

Quldurluq və oğurluq cinayətlərini törətməkdə şübhəli bilinən şəxs saxlanıldı

Quldurluq və oğurluq cinayətlərini törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Bu gün
16:560
Kişi ondan boşanmaq istəyən arvadını çalışdığı marketdə döydüKriminal

Kişi ondan boşanmaq istəyən arvadını çalışdığı marketdə döydü

Saatlı Rayon Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Zabit Bəşirovun (adı və soyadı şərtidir) cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Bu gün
15:160
Qadınları fahişəliyə cəlb edən şəxsə hökm oxunduKriminal

Qadınları fahişəliyə cəlb edən şəxsə hökm oxundu

Fahişəliyə cəlbetmədə təqsirləndirilən Ceyla Səmədovanın (adı, soyadı şərtidir - red.) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Bu gün
13:480