Sumqayıtda fövqəladə vəziyyət: Sakinlərin həyatı və əmlakları TƏHLÜKƏ ALTINDADIR - VİDEO
Cəmiyyət

Sumqayıtda fövqəladə vəziyyət: Sakinlərin həyatı və əmlakları TƏHLÜKƏ ALTINDADIR - VİDEO

İndi
13:30
3 baxış
Paylaş:

Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, Şirvan yaşayış massivində yaşayan sakinlərin həyatı və əmlakı üçün ciddi təhlükə yaranıb.

Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, Şirvan yaşayış massivində yaşayan sakinlərin həyatı və əmlakı üçün ciddi təhlükə yaranıb.

Bu barədə Gundem.today-a müraciət daxil olub.

Sakinlərin sözlərinə görə, artıq iki gündür ərazidən keçən kanaldan güclü təzyiqlə axan su yaşayış sahəsinə dolur. Nəticədə su kütləsi hasar və divarları dağıdaraq evlər üçün çökmə riski yaradıb.

Bildirilir ki, suyun axını hələ də davam edir və vəziyyət getdikcə daha da kritik xarakter alır.

Ərazidə yaşayan sakinlər aidiyyəti qurumlardan təcili müdaxilə və yardım göstərilməsini tələb edirlər.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Cəmiyyət#Sumqayıt_şəhəri#Sakin_şikayəti

Oxşar Xəbərlər