
Şabranda hotelin fəaliyyəti DAYANDIRILDI - SƏBƏB - VİDEO
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətləri daxilində ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətləri daxilində ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.
Gundem.today xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Bildirilib ki, bu çərçivədə Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Şabran rayonu, Rəhimli kəndində yerləşən "Bağçalı" hotelində keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində bir sıra nöqsanlar aşkar edilib.
"Belə ki, obyektdə avtomatik yanğınxəbərverici siqnalizasiya qurğusu tam quraşdırılmayıb, mövcud olan qurğu isə nasazdır, elektrik təsərrüfatı "Elektrik Qurğularının Quraşdırılması Qaydaları"nın tələblərinə uyğun quraşdırılmayıb, o cümlədən elektrik təsərrüfatına profilaktik baxış keçirilərək kabel və naqillərin izolyasiyasının gərginliyə qarşı müqaviməti ölçülməyib, obyekt ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməyib və daxili yanğın kranları nasazdır, obyektin mətbəxində tavan hissələri yanar material olan lambirlə üzlənilib, yanğınsöndürmə avtomobillərinin yanğın su hovuzuna sərbəst yan alaraq su götürməsi üçün hovuz bərk örtüklü müvafiq meydança ilə təmin edilməyib, hovuza yaxınlaşmaq üçün hərəkət istiqamətini göstərən müvafiq lövhə quraşdırılmayıb, obyektin qazanxana və nasosxana otaqlarına yanar materiallar yığılıb, taxta konstruksiyalara odadavamlı məhlul hopdurulmayıb, yanğın zamanı insanların təxliyəsi üçün köçürmə planı tərtib olunmayıb, obyektin tüstü bacası təmizlənməyib, obyektin daşınmaz əmlakı "İcbari sığortalar haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sığorta olunmayıb.
Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.
Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Şabran rayonu, Rəhimli kəndində yerləşən "Bağçalı" hotelinin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib", - deyə məlumatda vurğulanıb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətŞahin Həsənov yüksək vəzifəyə təyin olundu - FOTO
Milli Məclis Aparatının rəhbərinə yeni müavin təyin olunub.
CəmiyyətXaçmazda uçmaq üzrə olan məktəblə bağlı RƏSMİ AÇIQLAMA: "Vəziyyətdən məlumatlıyıq"
Xaçmaz rayonu, Ağtala kənd məktəbinin qəzalı vəziyyətdə olması məsələsinə münasibət bildirilib.
CəmiyyətŞagirdlər soyuqda dərs keçirlər, bina uçmaq üzrədir - Ağtala məktəbi acınacaqlı vəziyyətdə
Xaçmaz rayonunun Ağtala kənd məktəbi qəzalı vəziyyətdədir.
CəmiyyətBakıdakı pandusların bir hissəsi standartlara uyğun deyil - RƏSMİ HESABAT
Ombudsmanın BMT-nin "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Konvensiyasının həyata keçirilməsinin monitorinqi və təşviqi üzrə müstəqil monitorinq mexanizmi mandatı çərçivəsində Bakı şəhərinin mərkəzində əlilliyi olan şəxslər üçün infrastrukturun müyəssərliyi ilə bağlı monitorinq aparılıb və əldə olunan nəticələrə dair hesabat hazırlanıb.