Son dəqiqə
Bakıda binada PARTLAYIŞ: Kondisioner ustası 15-ci mərtəbədən yıxılıb ÖLDÜABŞ-də nəhəng aviaşirkət yaranır? - Yanacağın bahalaşması rəqibləri birləşdirə bilərXalq artisti Maqsud Məmmədov İkinci Fəxri xiyabanda dəfn olunub - FOTOKamal Kılıçdaroğlu barəsində həbs qərarı çıxarıldı"AQEM məkanında davamlı inkişaf naminə qadınların səslərinin gücləndirilməsi" mövzusunda beynəlxalq konfransın açılışı olub - FOTO"Qarabağ"dan xanım azarkeşlərinə növbəti jest
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Digər
  3. "Kapital Bank" enerji effektivliyi layihələrinin maliyyələşdirilməsini genişləndirir
"Kapital Bank" enerji effektivliyi layihələrinin maliyyələşdirilməsini genişləndirir
Digər

"Kapital Bank" enerji effektivliyi layihələrinin maliyyələşdirilməsini genişləndirir

Bu gün
11:22
0 baxış
Paylaş:

Ölkənin birinci bankı "Kapital Bank" dayanıqlı inkişaf və yaşıl maliyyələşmə istiqamətində fəaliyyətini davam etdirir. Bu məqsədlə bank və Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) ilə Enerji Effektivliyi Fondunun vəsaiti hesabına güzəştli kreditlərin verilməsinə dair əməkdaşlıq müqaviləsi imzalanıb.

Ölkənin birinci bankı "Kapital Bank" dayanıqlı inkişaf və yaşıl maliyyələşmə istiqamətində fəaliyyətini davam etdirir. Bu məqsədlə bank və Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) ilə Enerji Effektivliyi Fondunun vəsaiti hesabına güzəştli kreditlərin verilməsinə dair əməkdaşlıq müqaviləsi imzalanıb.

Sənədi EMTA-nın İdarə Heyətinin sədri Samir Axundov və "Kapital Bank"ın İdarə Heyəti sədrinin müavini Fərid Hidayətzadə imzalayıblar.

Tərəflər enerji effektivliyi üzrə tədbirlərin həyata keçirilməsinin təşviqi məqsədilə güzəştli kreditin verilməsi və şərtləri, uçotunun aparılması, təyinatı üzrə istifadəsinin monitorinq qaydası, geri qaytarılması, eləcə də müvəkkil kredit təşkilatının agentlik qarşısında hesabatlılığına dair münasibətlərin tənzimlənməsində razılığa gəliblər.

Samir Axundov öz çıxışında ölkənin aparıcı bankları ilə imzalan bu müqavilənin verəcəyi töhfələri vurğulayıb. "Kapital Bank"la 2018-ci ildən etibarən tərəfdaşlığın olduğunu diqqətə çatdıran Samir Axundov yeni istiqamətdə əməkdaşlığın da uğurlu olacağından əminlik ifadə edib.

Fərid Hidayətzadə isə çıxışında yaşıl layihələrin maliyyələşdirilməsinin "Kapital Bank" üçün prioritet istiqamətlərdən olduğunu qeyd edib. O, bildirib ki, bu çərçivədə sahibkarlara yaşıl kreditlər təqdim olunur, günəş panelləri və elektrikli avtomobillər üçün şarj məntəqələri kimi layihələr dəstəklənir. Həmçinin o, EMTA ilə imzalanan əməkdaşlıq müqaviləsinin güzəştli maliyyələşdirmənin genişləndirilməsinə xidmət etməklə yanaşı, resurslardan daha səmərəli istifadəsinə və yaşıl iqtisadiyyatın inkişafına töhfə verəcəyini qeyd edib.

Ölkənin birinci bankı "Kapital Bank" "PAŞA Holding"ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 114 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, "196" əlaqə mərkəzinə və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti və "Birbank" kartı sifarişlərinizi onlayn formada həyata keçirə bilərsiniz.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Digər#Kapital_bank

Oxşar Xəbərlər

Azərbaycanın oyun studiyaları üçün nüfuzlu qlobal tədbirdə iştirak imkanıDigər

Azərbaycanın oyun studiyaları üçün nüfuzlu qlobal tədbirdə iştirak imkanı

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) və "Xsolla" şirkətinin tərəfdaşlığı ilə Azərbaycandan olan oyun studiyalarının bu il 17 - 19 may tarixlərində Polşanın Krakov şəhərində keçiriləcək "Digital Dragons 2026" beynəlxalq oyun konfransında iştirakı üçün müraciət qəbulu açıq elan edilib. Bu tədbirdə oyun studiyaları öz layihələrini təqdim edərək beynəlxalq bazarlara çıxış əldə etmək, qlobal oyun sənayesinin aparıcı nümayəndələri ilə əlaqə qurmaq və Azərbaycanın oyun ekosistemini dünya səh

10 aprel 2026
16:541
"Park Yasamal"da göl mənzərəli kompleksdə tam təmirli mənzillər - "Kristal" ilə rahat həyata keçDigər

"Park Yasamal"da göl mənzərəli kompleksdə tam təmirli mənzillər - "Kristal" ilə rahat həyata keç

Bakıda həm rahat yaşayıb, həm də ağıllı investisiya etmək istəyirsən? Məhz bu nöqtədə "Kristal"ın "Park Yasamal" layihəsi diqqətləri üzərinə çəkir.

10 aprel 2026
14:341
"TuranBank" İsveçrənin "ResponsAbility Investments AG" fondu ilə əməkdaşlığa başlayıbDigər

"TuranBank" İsveçrənin "ResponsAbility Investments AG" fondu ilə əməkdaşlığa başlayıb

Azərbaycanda real sektorun inkişafını dəstəkləyən aparıcı maliyyə institutlarından biri olan "TuranBank" ASC beynəlxalq maliyyə bazarlarında mövqeyinin möhkəmləndirilməsi və yerli iqtisadiyyatın maliyyələşdirilməsi imkanlarının genişləndirilməsi strategiyası çərçivəsində İsveçrənin nüfuzlu "ResponsAbility Investments AG" şirkəti ilə yeni əməkdaşlıq sazişi imzalayıb.

10 aprel 2026
13:302
"Kontakt" öz sektorunun bir nömrəli vergi ödəyicisi oldu - 40,1 MİLYON AZNDigər

"Kontakt" öz sektorunun bir nömrəli vergi ödəyicisi oldu - 40,1 MİLYON AZN

Azərbaycanın ən aparıcı elektronika şəbəkəsi "Kontakt" bazardakı gücünü bu dəfə ölkənin iqtisadi göstəricilərində sübut edib. Belə ki, şəbəkə ölkənin elektronika sektorunda ən çox vergi ödəyən bir nömrəli şirkət statusunu qazanıb.

10 aprel 2026
11:441