
Sabunçuda yoldakı təhlükə nə vaxt aradan qaldırılacaq? - Sürücülərin ŞİKAYƏTİ
Bakının Sabunçu rayonu ərazisində yolda yaranmış təhlükəli vəziyyət sürücüləri narahat edir.
Bakının Sabunçu rayonu ərazisində yolda yaranmış təhlükəli vəziyyət sürücüləri narahat edir.
Gundem.today xəbər verir ki, bununla bağlı videogörüntü paylaşılıb.
Bildirilib ki, Sabunçu qəsəbəsindən Bakıxanov istiqamətinə gedən yolun ortasında əmələ gəlmiş iri çuxur hərəkət iştirakçıları üçün ciddi təhlükə yaradır: qəza riskini artırır və nəqliyyat vasitələrinə ziyan vurur.
Gundem.today-a açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Anar Nəcəfli bildirib ki, qeyd edilən ərazidə yaxın müddətdə təmir işlərinin aparılması nəzərdə tutulur.
"Təmirə ehtiyacı olan bütün ərazilərdə təmir işləri icra olunur. Bu işlər mərhələli şəkildə aparılır və balansda olan bütün yolları əhatələyir. Təkcə ötən ay 90 min kvadratmetr sahədə təmir işləri görülüb. Bu ay da işlər davam etdirilir. Qeyd olunan ərazidə də yaxın müddət ərzində təmir aparılacaq", - deyə A. Nəcəfli bildirib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Cəmiyyət"Report" İA və Baku TV Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq memorandumu imzalayıblar - FOTO
Aprelin 27-də Pekin şəhərində "Global Media Group"a daxil olan Baku TV telekanalı və "Report" İnformasiya Agentliyi ilə Çinin nüfuzlu CCTV+ Videoxəbər Agentliyi arasında əməkdaşlıq memorandumu imzalanıb.
CəmiyyətBakıda akademik Zərifə Əliyevanın 103 illiyinə həsr olunmuş beynəlxalq konfrans keçirilib - FOTO
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Milli Oftalmologiya Mərkəzi və Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin birgə təşəbbüsü ilə akademik Zərifə Əliyevanın anadan olmasının 103 illiyinə və Mərkəzin 80 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçirilib.
CəmiyyətHəmid Qasımov tələbəyə yüksək vəzifə verdi - FOTO
Mingəçevir şəhər təhsil sektoruna yeni müdir təyin olunub.
CəmiyyətSəbaildə təhlükəli yol: Lüklər sürücülər üçün risk yaradır - VİDEO
Bakının Səbail rayonu ərazisində yollardan birində sürücülər üçün təhlükəli vəziyyət yaranıb.