Son dəqiqə
ADY-də yeni şöbə müdiri təyin edildi - FOTOXaricdən gələn malların rəsmiləşdirilməsi ilə bağlı VACİB DƏYİŞİKLİKDöyüş təyinatlı malların gömrükdən keçirilməsində GÜZƏŞTLƏR tətbiq ediləcəkBakıda 61 milyon manatlıq təmir işləri görüləcəkGömrükdə YENİ MƏRHƏLƏ: Auditdən sonra 6 fərqli qərar verilə bilərNövbədənkənar səyyar gömrük auditi hansı hallarda həyata keçiriləcək?
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. İqtisadiyyat
  3. Sahibkarlar üçün YENİLİK: Səyyar gömrük auditi necə aparılacaq?
Sahibkarlar üçün YENİLİK: Səyyar gömrük auditi necə aparılacaq?
İqtisadiyyat

Sahibkarlar üçün YENİLİK: Səyyar gömrük auditi necə aparılacaq?

Bu gün
14:10
0 baxış
Paylaş:

Azərbaycanda səyyar gömrük auditi aparılacaq.

Azərbaycanda səyyar gömrük auditi aparılacaq.

Gundem.today xəbər verir ki, sözügedən məsələ Gömrük Məcəlləsinə təklif edilən dəyişiklik layihəsində əksini tapıb.

Belə ki, səyyar gömrük auditi planlı (növbəti) və plandankənar (növbədənkənar) olmaqla gömrük orqanının qərarı əsasında idxalatçının, ixracatçının, mal sahibinin, bəyannaməçinin, mallar barəsində səlahiyyəti olan digər şəxslərin və ya onların nümayəndələrinin müvafiq tikililərində, ərazilərində, binalarında və onların istifadəsində olan digər yerlərdə həyata keçiriləcək.

Səyyar gömrük auditi gömrük bəyannaməsində qeyd olunan mallar gömrük nəzarəti altında olarkən və ya "gömrük nəzarəti altında olan mallar" statusunu itirməsindən sonrakı 3 il ərzində gömrük orqanının qərarı əsasında həyata keçiriləcək.

Gömrük orqanının səyyar gömrük auditinin aparılması barədə qərarının surəti, auditin sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarış və auditi aparan vəzifəli şəxsin xidməti vəsiqəsi audit keçirilməmişdən əvvəl barəsində səyyar gömrük auditi aparılacaq şəxsə təqdim olunmalıdır.

Səyyar gömrük auditi 20 iş günü müddətində aparılacaq.

Əlavə araşdırma tələb olunduqda gömrük orqanının əsaslandırılmış qərarı ilə səyyar gömrük auditinin aparılması müddəti 30 iş gününədək artırıla bilər.

Planlı (növbəti) səyyar gömrük auditi bir şəxs barədə təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilməlidir.

Planlı (növbəti) səyyar gömrük auditinin başlanmasına azı 15 (on beş) iş günü qalmış yazılı bildiriş barəsində gömrük auditi aparılan şəxsə göndərilir. Bildirişdə səyyar gömrük auditinin əsası, tarixi, yoxlama suallarının siyahısı, şəxsin və gömrük orqanlarının hüquq və vəzifələri göstərilməlidir.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#İqtisadiyyat#səyyar_gömrük_auditi#gömrük_məcəlləsi#gömrük_yoxlamaları#idxalatçı_və_ixracatçılar#gömrük_nəzarəti#sahibkarlıq_yoxlamaları#gömrük_bəyannaməsi#azərbaycanda_gömrük_qaydaları

Oxşar Xəbərlər

Xaricdən gələn malların rəsmiləşdirilməsi ilə bağlı VACİB DƏYİŞİKLİKİqtisadiyyat

Xaricdən gələn malların rəsmiləşdirilməsi ilə bağlı VACİB DƏYİŞİKLİK

Gömrük orqanlarına təqdim olunan xarici mallar müvəqqəti saxlanca müvəqqəti saxlanc bəyannaməsi əsasında yerləşdiriləcək.

Bu gün
14:260
Döyüş təyinatlı malların gömrükdən keçirilməsində GÜZƏŞTLƏR tətbiq ediləcəkİqtisadiyyat

Döyüş təyinatlı malların gömrükdən keçirilməsində GÜZƏŞTLƏR tətbiq ediləcək

Döyüş təyinatlı hərbi silah-sursatlar gömrük rəsmiləşdirilməsi isə güzəştli və sadələşdirilmiş qaydada həyata keçiriləcək.

Bu gün
14:240
Gömrükdə YENİ MƏRHƏLƏ: Auditdən sonra 6 fərqli qərar verilə bilərİqtisadiyyat

Gömrükdə YENİ MƏRHƏLƏ: Auditdən sonra 6 fərqli qərar verilə bilər

Səyyar gömrük auditinin nəticələri üzrə hansı qərarın çıxarılması halları müəyyənləşir.

Bu gün
14:180
Növbədənkənar səyyar gömrük auditi hansı hallarda həyata keçiriləcək?İqtisadiyyat

Növbədənkənar səyyar gömrük auditi hansı hallarda həyata keçiriləcək?

Plandankənar (növbədənkənar) səyyar gömrük auditi hansı hallarda keçiriləcəyi müəyyənləşir.

Bu gün
14:160