Son dəqiqə
ADY-də yeni şöbə müdiri təyin edildi - FOTOXaricdən gələn malların rəsmiləşdirilməsi ilə bağlı VACİB DƏYİŞİKLİKDöyüş təyinatlı malların gömrükdən keçirilməsində GÜZƏŞTLƏR tətbiq ediləcəkBakıda 61 milyon manatlıq təmir işləri görüləcəkGömrükdə YENİ MƏRHƏLƏ: Auditdən sonra 6 fərqli qərar verilə bilərNövbədənkənar səyyar gömrük auditi hansı hallarda həyata keçiriləcək?
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. İqtisadiyyat
  3. Növbədənkənar səyyar gömrük auditi hansı hallarda həyata keçiriləcək?
Növbədənkənar səyyar gömrük auditi hansı hallarda həyata keçiriləcək?
İqtisadiyyat

Növbədənkənar səyyar gömrük auditi hansı hallarda həyata keçiriləcək?

Bu gün
14:16
0 baxış
Paylaş:

Plandankənar (növbədənkənar) səyyar gömrük auditi hansı hallarda keçiriləcəyi müəyyənləşir.

Plandankənar (növbədənkənar) səyyar gömrük auditi hansı hallarda keçiriləcəyi müəyyənləşir.

Gundem.today xəbər verir ki, sözügedən məsələ Gömrük Məcəlləsinə təklif edilən dəyişiklik layihəsində əksini tapıb.

Sözügedən hallar aşağıdakılardır:

- risklərin idarə edilməsi sistemi tərəfindən seçilmiş nəzarət forması tələb etdikdə;

- gömrük orqanının əldə etdiyi əlaqəli məlumatlarda şəxs tərəfindən malların gömrük dəyərinin azaldılması, xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə kodunun düzgün bəyan olunmaması və (və ya) müvafiq gömrük prosedurunun tələblərinin pozulması müəyyən edildikdə;

- cinayət prosessual qanunvericiliyinə uyğun olaraq məhkəmənin və ya hüquq-mühafizə orqanlarının səyyar gömrük auditinin aparılması barədə müvafiq qərarı olduqda;

- barəsində səyyar gömrük auditi aparılan şəxs səyyar gömrük auditinin nəticələri ilə razılaşmayaraq plandankənar səyyar gömrük auditinin aparılmasını yazılı şəkildə tələb etdikdə (bu halda plandankənar səyyar gömrük auditi gömrük orqanının əvvəlki yoxlamanı aparmış vəzifəli şəxsləri tərəfindən aparıla bilməz);

- Səyyar gömrük auditi iş günü və barəsində gömrük auditi aparılan şəxsin iş vaxtı ərzində aparılır;

- Səyyar gömrük auditi aparılarkən cinayət və ya inzibati hüquqpozma əlamətləri aşkar olunarsa, həmin auditin nəticəsinə dair akt tərtib olunduqdan sonra hüquqpozma əlaməti barədə məlumatlar müvafiq tədbirlər görülməsi üçün aidiyyəti üzrə göndərilir və gömrük orqanları tərəfindən inzibati, yaxud cinayət-prosessual qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər həyata keçirilir;

- Planlı (növbəti) və ya plandankənar (növbədənkənar) səyyar gömrük auditi gömrük orqanının qərarına əsasən aşağıda göstərilən hallarda və müddətlərdə, lakin 4 (dörd) aydan çox olmamaqla dayandırılır (təxirə salınır);

- aparılan səyyar gömrük auditi zamanı şəxs qeydiyyatda olduğu ünvanlarda olmadıqda və ya şəxsin olduğu yerin müəyyən edilməsi və digər səbəblərdən tapılması mümkün olmadıqda - həmin şəxsin olduğu yer müəyyən olunana qədər;

- aparılan səyyar gömrük auditi zamanı şəxs onun sərəncamında və istifadəsində olan ərazi və ya binalara gömrük orqanının vəzifəli şəxslərinin daxil olmasına icazə vermədikdə;

- səyyar gömrük auditi aparılan hüquqi şəxsin rəhbəri (onu əvəz edən şəxs və ya gömrük və (və ya) maliyyə məsələləri üzrə məsul şəxs) və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs müvəqqəti olaraq əmək qabiliyyətini itirdikdə - əmək qabiliyyəti bərpa olunanadək;

- gömrük orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edildikdə və ya malların ekspertizası aparıldıqda mütəxəssisin və ya ekspertin rəyi təqdim edilənədək;

- səyyar gömrük auditi üçün zəruri olan sənədlər və məlumatlarla əlaqədar - gömrük orqanı tərəfindən göndərilən sorğulara cavab alınanadək.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#İqtisadiyyat#gömrük_auditi#səyyar_gömrük_yoxlaması#plandankənar_audit#gömrük_məcəlləsi#gömrük_nəzarəti#xarici_iqtisadi_fəaliyyət#gömrük_qanunvericiliyi#sahibkarlıq_fəaliyyəti

Oxşar Xəbərlər

Xaricdən gələn malların rəsmiləşdirilməsi ilə bağlı VACİB DƏYİŞİKLİKİqtisadiyyat

Xaricdən gələn malların rəsmiləşdirilməsi ilə bağlı VACİB DƏYİŞİKLİK

Gömrük orqanlarına təqdim olunan xarici mallar müvəqqəti saxlanca müvəqqəti saxlanc bəyannaməsi əsasında yerləşdiriləcək.

Bu gün
14:260
Döyüş təyinatlı malların gömrükdən keçirilməsində GÜZƏŞTLƏR tətbiq ediləcəkİqtisadiyyat

Döyüş təyinatlı malların gömrükdən keçirilməsində GÜZƏŞTLƏR tətbiq ediləcək

Döyüş təyinatlı hərbi silah-sursatlar gömrük rəsmiləşdirilməsi isə güzəştli və sadələşdirilmiş qaydada həyata keçiriləcək.

Bu gün
14:240
Gömrükdə YENİ MƏRHƏLƏ: Auditdən sonra 6 fərqli qərar verilə bilərİqtisadiyyat

Gömrükdə YENİ MƏRHƏLƏ: Auditdən sonra 6 fərqli qərar verilə bilər

Səyyar gömrük auditinin nəticələri üzrə hansı qərarın çıxarılması halları müəyyənləşir.

Bu gün
14:180
Sahibkarlar üçün YENİLİK: Səyyar gömrük auditi necə aparılacaq?İqtisadiyyat

Sahibkarlar üçün YENİLİK: Səyyar gömrük auditi necə aparılacaq?

Azərbaycanda səyyar gömrük auditi aparılacaq.

Bu gün
14:100