Son dəqiqə
Yeni Suraxanı qəsəbəsində yollar bərbad durumdadır: Sakinlərdən ŞİKAYƏT - VİDEOBakı-Qazax yolunda maşında Türkiyə vətəndaşının meyiti tapılıbNeft kəskin bahalaşmadan sonra yenidən UCUZLAŞDIRöya Ayxanın stilistini öldürən şəxs qərardan narazıdır - FOTOBakıda sinif yoldaşı tərəfindən yandırılan şagirdin vəziyyəti AÇIQLANDIYaponiyada güclü zəlzələ: Yaralananlar var
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Cəmiyyət
  3. Şahin Mustafayev: "Türk Akademiyasının ən mühüm layihəsi ortaq türk tarixinin yazılmasıdır"
Şahin Mustafayev: "Türk Akademiyasının ən mühüm layihəsi ortaq türk tarixinin yazılmasıdır"
Cəmiyyət

Şahin Mustafayev: "Türk Akademiyasının ən mühüm layihəsi ortaq türk tarixinin yazılmasıdır"

Dünən
13:30
0 baxış
Paylaş:

"Bu gün Beynəlxalq Türk Akademiyası tərəfindən həyata keçirilən ən mühüm layihələrdən biri ortaq türk tarixinin akademik şəkildə yazılması layihəsidir".

"Bu gün Beynəlxalq Türk Akademiyası tərəfindən həyata keçirilən ən mühüm layihələrdən biri ortaq türk tarixinin akademik şəkildə yazılması layihəsidir".

Gundem.today "Report"a istinadən xəbər verir ki, bunu Beynəlxalq Türk Akademiyasının prezidenti Şahin Mustafayev V Antalya Diplomatiya Forumu çərçivəsində keçirilən "Bir əsrlik dil və kimlik: Bakı Türkoloji Qurultayından Türk inteqrasiyasına" mövzusunda təşkil olunan paneldə çıxışı zamanı bildirib.

O qeyd edib ki, bu məsələ ilk dəfə Birinci Türkoloji Qurultay çərçivəsində gündəmə gətirilib:

"Türk dillərində terminologiyanın formalaşdırılması məsələsi də həmin qurultayda ən çox müzakirə olunan mövzulardan biri olmuşdur. Bu istiqamətdə Türk Akademiyasının genişmiqyaslı layihələri mövcuddur. Müxtəlif sahələr üzrə terminoloji lüğətlər hazırlanır və nəşr olunur. Bu lüğətlər doqquz türk dilini, eləcə də ingilis və rus dillərində terminləri əhatə edir. Hazırlanan bu terminoloji lüğətlər gələcəkdə ortaq türk terminologiyasının formalaşmasına və inkişafına ciddi töhfə verəcək mühüm elmi baza rolunu oynayır".

"Türk dünyasında mövcud olan arxeoloji və memarlıq abidələrinin geniş inventarı hazırlanıb və artıq üçcildlik nəşr kimi təqdim olunub. Ümumilikdə, bu gün türkologiya sahəsində həyata keçirilən bir çox təşəbbüslər məhz Birinci Türkoloji Qurultay zamanı müzakirə edilmiş və formalaşmış ideyalara əsaslanır. Bu baxımdan, həmin qurultay türk dünyasının intellektual, mədəni və tarixi inkişafında son dərəcə mühüm rol oynamışdır", - Ş.Mustafayev bildirib.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Cəmiyyət#Antalya_Diplomatiya_Forumu

Oxşar Xəbərlər

Yeni Suraxanı qəsəbəsində yollar bərbad durumdadır: Sakinlərdən ŞİKAYƏT - VİDEOCəmiyyət

Yeni Suraxanı qəsəbəsində yollar bərbad durumdadır: Sakinlərdən ŞİKAYƏT - VİDEO

Bakı şəhərinin Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 14 iyul küçəsində yol infrastrukturunun acınacaqlı vəziyyəti sakinlərin narazılığına səbəb olub.

Bu gün
11:280
Bakıda sinif yoldaşı tərəfindən yandırılan şagirdin vəziyyəti AÇIQLANDICəmiyyət

Bakıda sinif yoldaşı tərəfindən yandırılan şagirdin vəziyyəti AÇIQLANDI

Aprelin 20-də 286 nömrəli tam orta ümumtəhsil məktəbində sinif yoldaşı tərəfindən yandırılan şagirdin vəziyyəti açıqlanıb.

Bu gün
11:120
Bakı-Ağstafa-Bakı istiqamətində əlavə ENDİRİMLİ REYSLƏR təyin ediləcəkCəmiyyət

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə ENDİRİMLİ REYSLƏR təyin ediləcək

Sərnişin tələbatını təmin etmək məqsədilə 25 və 26 aprel tarixlərində Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin ediləcək.

Bu gün
10:520
Qobustanda bir ailənin dörd üzvü ZƏHƏRLƏNDİCəmiyyət

Qobustanda bir ailənin dörd üzvü ZƏHƏRLƏNDİ

Qobustan rayonunda bir ailənin dörd üzvü zəhərlənib.

Bu gün
10:440