
Sakinlərin yaşayışını kabusa çevirən restoran: "Gecə saat dördə kimi səs kəsilmir" - VİDEO
Bakının Xətai rayonu, Rahib Məmmədov küçəsində yerləşən "Dark Lounge & Bar" restoranından gələn səs-küy ətraf binalarda yaşayan sakinlərin narazılığına səbəb olub.
Bakının Xətai rayonu, Rahib Məmmədov küçəsində yerləşən "Dark Lounge & Bar" restoranından gələn səs-küy ətraf binalarda yaşayan sakinlərin narazılığına səbəb olub.
Baku TV-nin qaynar xəttinə daxil olan müraciətlərdə vətəndaşlar sözügedən məkandan gələn yüksək səs-küyün xüsusilə gecə saatlarında onları narahat etdiyini söyləyiblər.
"Bütün gecə səs gəlir. Polis də çağırmışıq, amma xeyri yoxdur", - sakinlərdən biri söyləyib.
Digər bir vətəndaş isə qeyd edib: "Saat 4-5-ə kimi burada səs kəsilmir. O gün elə səs var idi ki, evdə stolun üstündəki qab əsirdi".
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən (DİN) bildirilib ki, qeyd olunan ünvanda vətəndaşları narahat edən səs-küyün aradan qaldırılması məqsədilə polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb: "İaşə obyektinin sahibi barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati tənbeh tədbiri tətbiq edilib. Analoji halın təkrarlanacağı təqdirdə daha ciddi tədbirlərin görüləcəyi obyekt sahibinin diqqətinə çatdırılıb".
Obyektin havalandırma sistemi və yanğın təhlükəsizliyi məsələsinə gəlincə, Fövqəladə Hallar Nazirliyindən (FHN) qeyd olunub ki, sözügedən iaşə obyekti 2026-cı ilin fevral ayından fəaliyyətə başlayıb. Mövcud qanunvericiliyin tələblərinə əsasən, obyektdə plan üzrə yanğın-texniki müayinələrin keçirilməsi cari ilin noyabr ayının 1-dək planlaşdırılmaqla 2027-ci ildə icra edilə bilər.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətBəzi ərazilərdə işıq olmayacaq
Paytaxtın Sabunçu rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.
CəmiyyətDəmirçi-Lahıc avtomobil yolu bağlanıb: Son vəziyyət necədir? - VİDEO
Şamaxı və İsmayıllı rayonlarını əlaqələndirən Dəmirçi-Lahıc avtomobil yolunun 11-ci kilometrliyində baş verən sürüşmə nəticəsində asfalt örtüyü tamamilə yararsız vəziyyətə düşüb. Hadisə ilə əlaqədar sözügedən istiqamətdə nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulub.
Cəmiyyət"Bir mərtəbə dedilər, üçünü tikdilər" - Bakının mərkəzində tikinti özbaşınalığı
Bakının Nəsimi rayonu ərazisində yerləşən Zorge parkında aparılan tikinti işləri ətrafında gərginlik artır. Tanınmış memar Elçin Əliyev sosial şəbəkə hesabında paylaşım edərək, parkın ərazisində qanunsuz tikinti və sənədlərin saxtalaşdırılması ilə bağlı ciddi ittihamlar irəli sürüb.
CəmiyyətMəzahir Pənahovun oğlunun keçmiş həyat yoldaşına qaytaracağı əmlak məlum olub - SİYAHI
Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovun oğlu Məhəmməd Pənahovla keçmiş həyat yoldaşı H.Pənahova arasındakı məhkəmə çəkişməsi başa çatıb.