Son dəqiqə
Yer kürəsini maqnit qasırğaları bürüyəcəkBəzi yerlərdə yağış yağacaq - XƏBƏRDARLIQBakıda küçədə dəvə peyda olub - Maraqlı reaksiyalar - VİDEODünən at, bu gün dəvə: Bakıda sabah fil görəcəyik? - VİDEOTürkiyədə 77 tələbə zəhərləndi"Quzghun", "Qırghı" və "Qırghı-S" ilk dəfə "SAHA 2026"da - FOTO
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Cəmiyyət
  3. Sarayda avtomobil PARTLAYIB: Xəsarət alan şəxsin VƏZİYYƏTİ AÇIQLANDI
Sarayda avtomobil PARTLAYIB: Xəsarət alan şəxsin VƏZİYYƏTİ AÇIQLANDI
Cəmiyyət

Sarayda avtomobil PARTLAYIB: Xəsarət alan şəxsin VƏZİYYƏTİ AÇIQLANDI

Bu gün
14:48
0 baxış
Paylaş:

Abşeron rayonunun Saray qəsəbəsində minik avtomobilinin partlaması nəticəsində xəsarət alan şəxsin vəziyyəti açıqlanıb.

Abşeron rayonunun Saray qəsəbəsində minik avtomobilinin partlaması nəticəsində xəsarət alan şəxsin vəziyyəti açıqlanıb.

Gundem.today-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, may ayının 7-də saat 11:30-da Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Abşeron rayonu, Saray qəsəbəsindən yanğın baş verməsi səbəbilə çağırış qeydə alınıb.

"Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 1995-ci il təvəllüdlü şəxs (kişi) üz nahiyəsinin termiki yanığı diaqnozu ilə Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına hospital olunub.

Üzün, boynun, hər iki saidin, əllərin arxa səthinin II-II dərəcəli yanığı diaqnozları təyin edilən pasiyentə Təcili tibbi yardım şöbəsində zəruri tibbi xidmətlər göstərilib. Daha ixtisaslı xidmət üçün Nərimanov Tibb Mərkəzinin nəzdindəki Yanıq Mərkəzinə təxliyə olunub.

Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzində zəruri tibbi yardım göstərilən şəxsin vəziyyəti stabil qiymətləndirilib və ambulator müalicə üçün evə buraxılıb", - deyə məlumatda bildirilir.

Abşeron rayonunun Saray qəsəbəsində minik avtomobili partlayıb.

Gundem.today xəbər verir ki, "Chevrolet" markalı minik avtomobilinin partlaması nəticəsində bir nəfər xəsarət alıb.

Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətindən Gundem.today-ın sorğusuna cavab olaraq fakt təsdiqlənib.

Qeyd olunub ki, hadisə bu gün saat 9 radələrində baş verib.

"Chevrolet Cobalt" markalı minik avtomobilində partlayış baş verib. Yanğın qeydə alınmayıb. Avtomobilin sürücüsü xəsarət alıb", - deyə məlumatda bildirilir.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Cəmiyyət#Abşeron_rayonu#Saray_qəsəbəsi#Partlayış_hadisəsi

Oxşar Xəbərlər

Bəzi yerlərdə yağış yağacaq - XƏBƏRDARLIQCəmiyyət

Bəzi yerlərdə yağış yağacaq - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında mayın 8-i səhər və gündüz saatlarında arabir yağış yağacağı gözlənilir.

Bu gün
15:490
Bakıda küçədə dəvə peyda olub - Maraqlı reaksiyalar - VİDEOCəmiyyət

Bakıda küçədə dəvə peyda olub - Maraqlı reaksiyalar - VİDEO

Bakıda mərkəzi küçələrdən birində dirəyə bağlanmış dəvə insanların marağına səbəb olub.

Bu gün
15:460
Dünən at, bu gün dəvə: Bakıda sabah fil görəcəyik? - VİDEOCəmiyyət

Dünən at, bu gün dəvə: Bakıda sabah fil görəcəyik? - VİDEO

Bakıda mərkəzi küçələrdən birində dirəyə bağlanmış dəvə insanların marağına səbəb olub.

Bu gün
15:460
Hacıqabulun yeddi kəndində qaz kəsiləcəkCəmiyyət

Hacıqabulun yeddi kəndində qaz kəsiləcək

Sabah saat 10:00-dan etibarən Hacıqabul rayonunun yeddi kəndinin qaz təchizatı müvəqqəti dayandırılacaq.

Bu gün
15:080