
Səid Xətibzadə: "İran heç bir müvəqqəti sülh razılaşmasını qəbul etmir"
"İran Amerika Birləşmiş Ştatları ilə hər hansı bir müvəqqəti atəşkəs sazişinə qarşıdır, çünki belə addımlar gələcəkdə hərbi əməliyyatların yenidən başlamasına səbəb ola bilər".
"İran Amerika Birləşmiş Ştatları ilə hər hansı bir müvəqqəti atəşkəs sazişinə qarşıdır, çünki belə addımlar gələcəkdə hərbi əməliyyatların yenidən başlamasına səbəb ola bilər".
Gundem.today xəbər verir ki, bu barədə İranın xarici işlər nazirinin müavini Səid Xətibzadə Antalya Diplomatik Forumu çərçivəsində jurnalistlərə verdiyi müsahibəsində bildirib:
"Biz heç bir müvəqqəti sülh razılaşmasını qəbul etmirik. Bu, diplomatik imkanları tükədən və yenidən müharibəyə gətirib çıxaran qüsurlu bir dairədir. Buna son qoyulmalıdır".
Xətibzadə onu da vurğulayıb ki, vasitəçilər vasitəsilə davam edən əlaqələr məhz daimi həll yolunun tapılması məqsədilə həyata keçirilir.
Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.
İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.
Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.
İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.
Həmçinin Hörmüz boğazından gəmilərin keçidində ciddi problemlər yaranıb.
Aprelin 8-də Donald Tramp Tehrana verdiyi ultimatumun vaxtının bitməsinə bir neçə saat qalmış Vaşinqtonun ikihəftəlik atəşkəslə razılaşdığını elan edib.
Daha sonra İslamabadda tərəflərin ilk görüşü keçirilib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaTramp İsrailin Livanı bombalamasını QADAĞAN ETDİ
"İsrail artıq Livanı bombalamayacaq".
DünyaƏrdoğan: "Ermənistanla normallaşma prosesi Azərbaycanla birlikdə aparılır"
"Qonşu Ermənistanla əlaqələrin müsbət məcraya yönəldilməsi məqsədilə müvafiq fəaliyyətlər həyata keçirilir".
DünyaTrampdan Hörmüz boğazı ilə bağlı daha bir AÇIQLAMA - FOTO
"Hörmüz boğazı tamamilə açıqdır və keçidə hazırdır. Lakin dəniz blokadası yalnız İranla əməliyyatlarımız 100% başa çatana qədər tam gücdə və təsirdə qalacaq".
DünyaTramp İrana təşəkkür etdi - FOTO
ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazını açdığına görə İrana təşəkkür edib.