
Şəkidə ağır qəza: 49 yaşlı kişi xəsarət aldı, ahıl anası öldü
Şəkidə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Şəkidə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Gundem.today-ın məlumatına görə, hadisə bu gün gecə saat 2 radələrində Qaraməryəm-İsmayıllı-Şəki yolunun Şəki rayonunun Köbər Zəyzid kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Elsevər İsmayılovun idarə etdiyi "Mercedes" markalı avtomobil ağaca çırpılıb. Nəticədə nəqliyyat vasitəsində olan sərnişinlər - 49 yaşlı Rizvan İsmayılov və onun anası 68 yaşlı Tamilə İsmayılova xəsarət alıb. T.İsmayılova aldığı xəsarətlərdən xəstəxanada vəfat edib.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan Gundem.today-a bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
HadisəŞəkidə 49 yaşlı kişi qəza törətdi: Ahıl anası öldü
Şəkidə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
HadisəAğcabədidə DƏHŞƏTLİ QƏZA: Ata və övladları xəsarətlər aldılar, ÖLƏN VAR - FOTO
Ağcabədi rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
HadisəAğcabədidə DƏHŞƏTLİ QƏZA: Ata və övladları xəsarət aldılar, ÖLƏN VAR - FOTO
Ağcabədi rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə"Üstümə cumdu, barmağımın bir hissəsini qopardı" - Ucarda çaqqal hücumunun yeni TƏFƏRRÜATI - VİDEO
Ucar rayonunun Rəstəcə kəndində çaqqalın sakinlərə hücumunun yeni təfərrüatı məlum olub.