Son dəqiqə
Azərbaycanda 3 ayda 23 kişi məişət zorakılığına MƏRUZ QALIBKruiz gəmisində hantavirusa yoluxanların sayı artıb - Üç nəfər ölübNikol Paşinyan: "Ermənistan və Azərbaycan arasında sülhün hüquqi əsası var"Şəhid mayorun SON FOTOSU: "Qapıdan çıxırdı, birdən geri qayıtdı və alnımdan öpdü"Azərbaycanı logistika mərkəzinə aparan yol - LONGREAD - FOTOİlham Əliyev Martin Çunqonqu qəbul edib - FOTO
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Cəmiyyət
  3. Şəkidə WUF13 Festivalı başlayıb - Hansı tədbirlər olacaq? - FOTO
Şəkidə WUF13 Festivalı başlayıb - Hansı tədbirlər olacaq? - FOTO
Cəmiyyət

Şəkidə WUF13 Festivalı başlayıb - Hansı tədbirlər olacaq? - FOTO

Bu gün
13:07
0 baxış
Paylaş:

Ölkə ictimaiyyətinin Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası (WUF13) haqqında məlumatlandırılması məqsədi ilə mayın 5-də Şəki şəhərində festivala start verilib.

Ölkə ictimaiyyətinin Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası (WUF13) haqqında məlumatlandırılması məqsədi ilə mayın 5-də Şəki şəhərində festivala start verilib.

Gundem.today "Report"a istinadən xəbər verir ki, WUF13 Festivalı çərçivəsində günün birinci yarısında Azərbaycan Dövlət Pedoqoji Universitetinin (ADPU) Şəki filialında müəllim və tələbə heyətinin iştirakı ilə məlumatlandırma sessiyası təşkil edilib.

Universitetin müəllim və tələbə heyətinin iştirakı ilə baş tutan sessiyada WUF13-ün Azərbaycan üçün əhəmiyyəti və bu çərçivəsində müzakirə olunacaq əsas mövzular diqqətə çatdırılıb. Bildirilib ki, mayın 17-22-də Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası hər kəs üçün açıqdır.

Tədbirdə ADPU-nun Şəki filialının direktoru Vurğun Məmmədov, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəsmi nümayəndəsi Ramiz İdrisoğlu və WUF13 Azərbaycan Əməliyyat Şirkətinin kommunikasiya üzrə meneceri Emin Hüseynzadə Forum barədə ətraflı məlumat veriblər. Çıxışlarda WUF13 Festivalı haqqında geniş təqdimat olunub, həmçinin Forumun Azərbaycan üçün əhəmiyyəti və onun çərçivəsində gənclərin marağına səbəb olan əsas tədbirlər vurğulanıb.

Bildirilib ki, Azərbaycanda WUF13 kimi iri beynəlxalq tədbirlərin keçirilməsi dünyagörüşlü və intellektual gənclərin yetişdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Qeyd edək ki, WUF13 Festivalı iki hissədən ibarətdir. Saat 18:00-da festival açıq havada ictimai proqramlarla davam edəcək. Axşam proqramları çərçivəsində interaktiv fəaliyyətlər, maarifləndirici oyunlar, təqdimatlar və ictimai müzakirələr vasitəsilə dayanıqlı şəhər inkişafı, inklüziv şəhər mühiti, innovativ şəhər həlləri və gələcəyin şəhərləri kimi mövzular geniş auditoriyaya çatdırılacaq. Eyni zamanda, WUF13-ün əsas mövzusu və ideyaları barədə ətraflı məlumat təqdim olunacaq.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Cəmiyyət#Dövlət_Şəhərsalma_və_Arxitektura_Komitəsi#İnklüziv_Dəyərlər#Ümumdünya_Şəhərsalma_Forumu_(WUF13)

Oxşar Xəbərlər

Azərbaycanda 3 ayda 23 kişi məişət zorakılığına MƏRUZ QALIBCəmiyyət

Azərbaycanda 3 ayda 23 kişi məişət zorakılığına MƏRUZ QALIB

2026-cı ilin ilk rübü (yanvar-mart ayları) ərzində Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə (AQUPDK) məişət zorakılığı ilə bağlı ümumilikdə 134 müraciət daxil olub.

Bu gün
14:160
Şəhid mayorun SON FOTOSU: "Qapıdan çıxırdı, birdən geri qayıtdı və alnımdan öpdü"Cəmiyyət

Şəhid mayorun SON FOTOSU: "Qapıdan çıxırdı, birdən geri qayıtdı və alnımdan öpdü"

"Mən ona ölümü heç cür yaraşdırmırdım. Deyirdim ki, 23 ilin zabitidir, ön cəbhədə xidmət edib. Hər bir halda müharibədə də həm özünü, həm də əsgərlərini qoruyaraq sağ-salamat geri qayıdacağını düşünürdüm".

Bu gün
14:040
Bakı funikulyorunun 66 yaşı tamam olur - FOTOCəmiyyət

Bakı funikulyorunun 66 yaşı tamam olur - FOTO

Bu gün Azərbaycanda yeganə olan Bakı funikulyorunun 66 yaşı tamam olur.

Bu gün
13:240
Mətbuat Şurasından müsahiblərlə bağlı ÇAĞIRIŞCəmiyyət

Mətbuat Şurasından müsahiblərlə bağlı ÇAĞIRIŞ

"Media orqanları və jurnalistlər müsahibə götürdükləri şəxslərin fikirlərini hissələrə bölərək, müxtəlif sərlövhələrlə təqdim edirlər. Əlbəttə, bu onların müstəsna hüququdur və heç şübhəsiz, geniş izləyici və oxucu auditoriyası toplamağa hesablanıb. Lakin bir çox hallarda bu üsula üstünlük verilməsi müsahiblərdə ciddi narazılıq doğurur. Narazılıq, xüsusən, həmin hissələrin sosial şəbəkələrdə paylaşılması zamanı meydana çıxır".

Bu gün
13:000