Son dəqiqə
Xaricilərin dəbini formalaşdıran azərbaycanlı dizayner: "İtaliya xəyal qurmağı, Amerika döyüşməyi öyrətdi" - FOTO - VİDEOMoskvanın bütün hava limanları uçuşları dayandırıb?AAYDA-nın üç qurumu LƏĞV OLUNDUPakistanda QIZMAR İSTİLƏR: Azı 10 nəfər öldüQəbələ, Hacıqabul və Ağsunun bəzi əraziləri QAZSIZ QALACAQÇin istehsalı termoslar təhlükə saçır: ABŞ-də üç nəfər görmə qabiliyyətini itirdi
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Siyasət
  3. Nikol Paşinyan: "Ermənistan və Azərbaycan arasında sülhün hüquqi əsası var"
Nikol Paşinyan: "Ermənistan və Azərbaycan arasında sülhün hüquqi əsası var"
Siyasət

Nikol Paşinyan: "Ermənistan və Azərbaycan arasında sülhün hüquqi əsası var"

Bu gün
14:08
0 baxış
Paylaş:

"Azərbaycan və Ermənistan arasındakı sülh prosesi artıq məcburi hüquqi qüvvəyə malik sənədlərlə tənzimlənir".

"Azərbaycan və Ermənistan arasındakı sülh prosesi artıq məcburi hüquqi qüvvəyə malik sənədlərlə tənzimlənir".

Gundem.today TASS-a istinadla xəbər verir ki, bu fikirləri Ermənistanın baş naziri Nikol Paşinyan Avropa Şurasının rəhbəri Antoniu Koşta və Avropa Komissiyasının sədri Ursula fon der Lyayenlə keçirilən ortaq mətbuat konfransında səsləndirib.

Baş nazir qeyd edib ki, hazırda iki ölkə arasında mövcud olan sülhün hüquqi zəminə malik olmaması ilə bağlı fikirlər həqiqəti əks etdirmir. Onun sözlərinə görə, 2024-cü ildə tərəflər sərhədlərin delimitasiyası üzrə komissiyaların fəaliyyət qaydalarını imzalayaraq təsdiq ediblər. Bu sənəd dövlətlərarası səviyyədə qəbul edilmiş və hər iki respublika üçün icrası məcburi olan ilk müqavilə hesab olunur.

N.Paşinyan, həmçinin xatırladıb ki, Bakı və İrəvan təxminən 40 il ərzində gərginlik şəraitində mövcud olublar, buna görə də dərhal tam sülh mərhələsinə qədəm qoymaq çətindir.

"Həm Azərbaycanda, həm də Ermənistanda münaqişə dövründən qalma ritorikalara hələ də rast gəlinir. Lakin anlamaq lazımdır ki, bu, tədricən irəliləyən və qaçılmaz bir prosesdir", - deyə hökumət rəhbəri əlavə edib.

Xatırladaq ki, 2025-ci il avqustun 8-də Vaşinqtonda ABŞ Prezidenti Donald Trampla üçtərəfli görüşdən sonra Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan münasibətlərin sülh yolu ilə nizamlanması və Naxçıvanla Azərbaycanın digər hissələri arasında nəqliyyat əlaqələrinin yaradılması haqqında birgə bəyannamə imzalayıblar.

Bu layihə "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" (TRIPP) adlanır.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Siyasət#Bakı#İlham_Əliyev#Ursula_fon_der_Lyayen#Nikol_Paşinyan#Donald_Tramp#Ermənistan#Azərbaycan_Respublikası#Avropa_Şurası#Tramp_marşrutu_-_TRIPP

Oxşar Xəbərlər

Ceyhun Bayramov Kaya Kallasla görüşüb - FOTOSiyasət

Ceyhun Bayramov Kaya Kallasla görüşüb - FOTO

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Azərbaycana səfərə gələn Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasla görüşüb.

Bu gün
14:290
İlham Əliyev Martin Çunqonqu qəbul edib - FOTOSiyasət

İlham Əliyev Martin Çunqonqu qəbul edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 5-də Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonqu qəbul edib.

Bu gün
13:590
Meloni: "İtaliya Azərbaycanla strateji tərəfdaşlığı konkret imkanlara çevirmək istəyir" - VİDEOSiyasət

Meloni: "İtaliya Azərbaycanla strateji tərəfdaşlığı konkret imkanlara çevirmək istəyir" - VİDEO

İtaliya Nazirlər Şurasının sədri Corcia Meloni Bakıya səfəri ilə bağlı sosial şəbəkədə açıqlama yayıb.

Bu gün
11:380
Corcia Meloni Bakıdan görüntülər paylaşdı - VİDEOSiyasət

Corcia Meloni Bakıdan görüntülər paylaşdı - VİDEO

İtaliya Nazirlər Şurasının sədri Corcia Meloni Bakıya səfəri ilə bağlı sosial şəbəkədə açıqlama yayıb.

Bu gün
11:380