Son dəqiqə
Sumqayıtın bəzi ərazilərində QAZ OLMAYACAQSarayda avtomobil PARTLAYIB: Xəsarət alan şəxsin VƏZİYYƏTİ AÇIQLANDIRəsmi Vaşinqton: Avropadakı NATO müttəfiqləri terrorçuların logistika mərkəzlərinə çevrilibGözəllik salonunda qadını öldürmək istədi - Məhkəmə işiGəncədə yaşıdı tərəfindən bıçaqlanan yeniyetmənin VƏZİYYƏTİ AÇIQLANDIİrəvan Fransadan hansı silahları alıb? - Paşinyan söz verdi
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Dünya
  3. Səudiyyə Ərəbistanı ABŞ-nin "Azadlıq layihəsi" əməliyyatını dəstəkləməyib
Səudiyyə Ərəbistanı ABŞ-nin "Azadlıq layihəsi" əməliyyatını dəstəkləməyib
Dünya

Səudiyyə Ərəbistanı ABŞ-nin "Azadlıq layihəsi" əməliyyatını dəstəkləməyib

Bu gün
13:48
0 baxış
Paylaş:

Vaşinqtonun əvvəlcədən xəbərdarlıq etməməsi səbəbindən Səudiyyə Ərəbistanı ABŞ-nin Hörmüz boğazında gəmilərin keçidini təmin etmək məqsədi daşıyan "Azadlıq layihəsi" əməliyyatına dəstək verməyib.

Vaşinqtonun əvvəlcədən xəbərdarlıq etməməsi səbəbindən Səudiyyə Ərəbistanı ABŞ-nin Hörmüz boğazında gəmilərin keçidini təmin etmək məqsədi daşıyan "Azadlıq layihəsi" əməliyyatına dəstək verməyib.

Gundem.today-ın xəbərinə görə, bu barədə "NBC News" məlumat yayıb.

Bildirilib ki, ABŞ Prezidenti Donald Trampın "TruthSocial" şəbəkəsində əməliyyat barədə qəfil paylaşımı Fars körfəzi ölkələrində təəccüb doğurub və Səudiyyə rəhbərliyinin kəskin narazılığına yol açıb. Bunun ardınca Ər-Riyad ABŞ hərbçilərinin Şahzadə Sultan hərbi bazasından uçuşlar həyata keçirməsinə icazə verməyəcəyini və hava məkanını onların üzünə bağlayacağını Vaşinqtonun diqqətinə çatdırıb.

"NBC News" telekanalının bildirdiyinə görə, Tramp ilə Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman arasında baş tutan telefon danışığı da yaranmış gərginliyi aradan qaldıra bilməyib. Nəticə etibarilə ABŞ lideri planlaşdırılan əməliyyatı təxirə salmaq məcburiyyətində qalıb.

Qeyd edək ki, Ağ Ev rəhbəri daha əvvəl İranla aparılan danışıqların müsbət nəticələnəcəyi və yekun razılaşma əldə ediləcəyi təqdirdə Hörmüz boğazında sözügedən əməliyyatları müvəqqəti dayandırmaq qərarı verəcəyini bəyan etmişdi.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Dünya#İran#Səudiyyə_Ərəbistanı#Amerika_Birləşmiş_Ştatları_(ABŞ)#Donald_Tramp#Ağ_Ev#Hörmüz_boğazı

Oxşar Xəbərlər

Rəsmi Vaşinqton: Avropadakı NATO müttəfiqləri terrorçuların logistika mərkəzlərinə çevrilibDünya

Rəsmi Vaşinqton: Avropadakı NATO müttəfiqləri terrorçuların logistika mərkəzlərinə çevrilib

Rəsmi Vaşinqton hesab edir ki, Şimali Atlantika Müqaviləsi Təşkilatında (NATO) yer alan Avropa tərəfdaşları terror qruplaşmalarının logistika və maliyyə bazasına çevrilməkdədir.

Bu gün
14:440
İrəvan Fransadan hansı silahları alıb? - Paşinyan söz verdiDünya

İrəvan Fransadan hansı silahları alıb? - Paşinyan söz verdi

Ermənistanın baş naziri Nikol Paşinyan mayın 28-də İrəvanın Respublika meydanında Fransa silahlarının nümayiş etdiriləcəyinə söz verib.

Bu gün
14:280
ABŞ və İran Hörmüz boğazı ilə bağlı ilkin razılığa gəlibDünya

ABŞ və İran Hörmüz boğazı ilə bağlı ilkin razılığa gəlib

ABŞ və İran arasında əldə olunan yeni razılaşmaya əsasən, Hörmüz boğazında gəmilərin hərəkətinin mərhələli şəkildə bərpa edilməsi qarşılığında İrana tətbiq olunan dəniz blokadası yüngülləşdiriləcək.

Bu gün
14:240
Paşinyan Putinin təklifini rədd etdi?Dünya

Paşinyan Putinin təklifini rədd etdi?

Ermənistan hökumətinin rəhbəri Nikol Paşinyan mayın 9-da Rusiya paytaxtında baş tutacaq Qələbə Günü paradına qatılmayacaq.

Bu gün
14:120