Son dəqiqə
İlham Əliyev Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak edibAtəşkəs dövründə İranda anti-Azərbaycan təbliğatı - VİDEODiplomatik korpusun nümayəndələri Qarabağ Universitetinin nəzdindəki sərgi mərkəzini ziyarət ediblərDiplomatik korpusun nümayəndələri Qarabağ Universitetinin nəzdindəki sərgi mərkəzini ziyarət ediblər - FOTO - VİDEOOkamponun GİZLİ FONDU: Azərbaycana qarşı qarayaxmalarda Karapetyan və Vardanyan izi - VİDEOAvropa Parlamentinin qərəzli qətnaməsi, sülh prosesinə maneə yaratmaq məqsədi - FOTO
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Kriminal
  3. Sevdiyi qızı qaçırdığına görə hakim qarşısına çıxarıldı
Sevdiyi qızı qaçırdığına görə hakim qarşısına çıxarıldı
Kriminal

Sevdiyi qızı qaçırdığına görə hakim qarşısına çıxarıldı

Bu gün
15:04
0 baxış
Paylaş:

Sevdiyi qızı qaçırmaqda təqsirləndirilən İsgəndər İsgəndərov və onun tanışı Əlisaab Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Sevdiyi qızı qaçırmaqda təqsirləndirilən İsgəndər İsgəndərov və onun tanışı Əlisaab Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Gundem.today-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş və şahid dindirilib.

Şahid Əminə Məmmədova ifadə verərək təqsirləndirilən şəxslə iş yoldaşı olduğunu bildirib:

"Təqsirləndirilən şəxs mənim iş yoldaşımdır və mənə dedi ki, sevdiyim qızı sizə gətirmək istəyirəm. Mən də razılaşdım. Təqsirləndirilən şəxs qızı mənim evimə gətirdi. Mənə bildirdi ki, bu qızla ailə qurmaq istəyirəm. Qızın üzündə hər hansı bir narazılığın olduğunu görmədim. Mən onları evdə qoyub, qapını da arxadan bağlayaraq getdim. Ancaq qapını içəridən açıb çıxmaq olur. Onlara dedim ki, evin digər açarı soyuducunun üstündədir. Qızın bədənində heç bir xəsarət görmədim".

Zərərçəkmiş şəxs isə - "ev sahibinin əlindən tutub dedim ki, məni burda tək qoyub getmə", - deyə bildirib.

Şahidin məhkəmədəki ifadəsi ilə istintaqdakı ifadəsi arasında ziddiyyət olduğu üçün onun istintaq dövründə verdiyi ifadəsi elan edilib.

"Onlar avtomobildən düşən kimi qızla mübahisə etdiyini gördüm. Qız mənim əlimdən tutanda - "ay mama, mənə kömək et", - dedi. İsgəndər də dedi ki, qız naz edir".

Məhkəmədə məlum olub ki, zərərçəkmiş xanımla təqsirləndirilən şəxslər arasında istintaq dövründə barışıq olub. O, məhkəmə istintaqı dövründə də onlardan şikayət və tələbənin olmadığını bildirib:

"Onlarla bağlı cəzanı isə məhkəmənin ixtiyarına buraxıram".

Məhkəmənin növbəti iclası mayın 8-nə təyin edilib.

Qeyd edək ki, istintaq dövründə hər iki şəxs barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 144.2.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah məqsədi ilə adam oğurluğu) və 144.2.4-cü (zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə adam oğurluğu törətmək) maddələri ilə ittiham irəli sürülüb.

Əgər onların cinayət əməli sübuta yetirilərsə, təqsirləndirilən şəxsləri 8 ildən 12 ilədək azadlıqdan məhrumetmə cəzası gözlənilir.

Elgün Həsənli

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Kriminal#Adam_oğurluğu#Qız_qaçırma#Bakı_Ağır_Cinayətlər_Məhkəməsi

Oxşar Xəbərlər

KMBİ bankların adından kiberdələduzluq edən şəxsləri saxladı - VİDEOKriminal

KMBİ bankların adından kiberdələduzluq edən şəxsləri saxladı - VİDEO

Daxili İşlər Nazirliyi (DİN) Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi (KMBİ) bank və bank olmayan kredit təşkilatlarının adından istifadə edilərək törədilən kiberdələduzluq cinayətlərinə qarşı növbəti əməliyyat keçirib.

Bu gün
16:200
İlham Haqverdiyev azadlığa buraxıldıKriminal

İlham Haqverdiyev azadlığa buraxıldı

Müdafiə Nazirliyinin (MN) "İstirahət evi"nin rüşvət almaqda təqsirləndirilən sabiq rəisi mayor İlham Haqverdiyev məhkəmə zalından azadlığa buraxılıb.

Bu gün
14:460
"Kanal 21" və "bakuxeber.az"ın rəhbərləri həbs ediliblərKriminal

"Kanal 21" və "bakuxeber.az"ın rəhbərləri həbs ediliblər

"Kanal 21" "YouTube" səhifəsinin rəhbəri Fərhad Quluyev və "bakuxeber.az" saytının rəhbəri Zamiq Quliyev həbs ediliblər.

Bu gün
14:080
Borca görə avtomobilin dövlət nömrə nişanını oğurlayan şəxs HƏBS EDİLDİKriminal

Borca görə avtomobilin dövlət nömrə nişanını oğurlayan şəxs HƏBS EDİLDİ

Bakının Nərimanov rayonu ərazisində vətəndaşlardan birinin "Toyota" markalı avtomobilinin üzərindən dövlət qeydiyyat nişanı oğurlanıb.

Bu gün
13:240