Son dəqiqə
Dmitri Pineviç: "Ağdamda aqroşəhərciyin tikintisinin növbəti mərhələsi başlayıb"Xarici diplomatlar Şuşada bərpa işləri ilə tanış olublar - FOTO - VİDEOHikmət Hacıyev: "Avropa Parlamentinin qətnaməsi diplomatik rüsvayçılıqdır"Musiqi və incəsənət təhsili sahəsində müəllimlərin qiymətləndirilməsində yeni mərhələ başlayırIX siniflərin buraxılış imtahanının NƏTİCƏLƏRİ AÇIQLANDIİran Pakistan vasitəsilə ABŞ-yə yeni atəşkəs təklifləri göndərdi
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Kriminal
  3. KMBİ bankların adından kiberdələduzluq edən şəxsləri saxladı - VİDEO
KMBİ bankların adından kiberdələduzluq edən şəxsləri saxladı - VİDEO
Kriminal

KMBİ bankların adından kiberdələduzluq edən şəxsləri saxladı - VİDEO

Bu gün
16:20
0 baxış
Paylaş:

Daxili İşlər Nazirliyi (DİN) Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi (KMBİ) bank və bank olmayan kredit təşkilatlarının adından istifadə edilərək törədilən kiberdələduzluq cinayətlərinə qarşı növbəti əməliyyat keçirib.

Daxili İşlər Nazirliyi (DİN) Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi (KMBİ) bank və bank olmayan kredit təşkilatlarının adından istifadə edilərək törədilən kiberdələduzluq cinayətlərinə qarşı növbəti əməliyyat keçirib.

Gundem.today xəbər verir ki, bu barədə KMBİ məlumat yayıb.

Bildirilib ki, nəticədə qeyd olunan qanunsuz əməllərdə şübhəli bilinən daha iki nəfər - 24 yaşlı Cavid Ağayev və 20 yaşlı Elşən Ağayev saxlanılıblar.

Araşdırmalar zamanı müəyyən edilib ki, onlar sosial şəbəkələrdə bank və bank olmayan kredit təşkilatlarının rəsmi səhifələrinə oxşar saxta səhifələr yaradıb, ödənişli reklamlar vasitəsilə müştəriləri cəlb ediblər. Özlərini kredit şöbəsinin əməkdaşları kimi təqdim edən C.Ağayev və E.Ağayev "sərfəli şərt, az komissiya və zamin tələb olunmadan kreditlərin verilməsi" barədə zərərçəkənlərə həqiqətə uyğun olmayan vədlər veriblər.

Vətəndaşlar kredit almaq məqsədilə saxta səhifələrin həqiqi olduğuna inanaraq bank kartlarının məlumatlarını, o cümlədən kartın bitmə tarixini, CVV və OTP təhlükəsizlik kodlarını həmin şəxslərə göndəriblər. Nəticədə məxfi kart məlumatları birbaşa şübhəli şəxslərin idarə etdiyi sistemə ötürülüb. Şəbəkə üzvləri əldə etdikləri vəsaitləri müxtəlif bank hesablarına və elektron pul kisələrinə köçürdükdən sonra nağdlaşdırıblar.

Saxlanılan şəxslər ilkin ifadələrində bu üsulla yüzlərlə vətəndaşın kart məlumatlarını ələ keçirərək onların pul vəsaitlərini oğurladıqlarını bildiriblər.

Faktla bağlı Baş İdarədə cinayət işi başlanılıb. C.Ağayevə ittiham elan olunub və o, təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. E.Ağayev barəsində isə cinayət işi üzrə müvafiq istintaq hərəkətləri davam etdirilir.

"Bir daha vətəndaşların diqqətinə çatdırırıq ki, yalnız Mərkəzi Bank tərəfindən lisenziya verilmiş maliyyə qurumlarına etibar etsinlər. Şübhəli kredit elanları ilə qarşılaşan zaman isə dərhal polis orqanlarına müraciət etmək tövsiyə olunur", - məlumatda qeyd olunub.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Kriminal#Daxili_İşlər_Nazirliyi_(DİN)#Kiberdələduzluq_(Kibercinayətkarlıq)#Dələduzluq_cinayəti#Sosial_şəbəkələr#Kibercinayətkarlıqla_Mübarizə_Baş_İdarəsi

Oxşar Xəbərlər

Ana və bacısını qətlə yetirən Kainat cəzadan azad edildiKriminal

Ana və bacısını qətlə yetirən Kainat cəzadan azad edildi

Tovuzda ana və bacısını qətlə yetirməkdə ittiham olunan 31 yaşlı Kainat Namazov cəzadan azad edilib.

Bu gün
17:240
Sevdiyi qızı qaçırdığına görə hakim qarşısına çıxarıldıKriminal

Sevdiyi qızı qaçırdığına görə hakim qarşısına çıxarıldı

Sevdiyi qızı qaçırmaqda təqsirləndirilən İsgəndər İsgəndərov və onun tanışı Əlisaab Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Bu gün
15:040
İlham Haqverdiyev azadlığa buraxıldıKriminal

İlham Haqverdiyev azadlığa buraxıldı

Müdafiə Nazirliyinin (MN) "İstirahət evi"nin rüşvət almaqda təqsirləndirilən sabiq rəisi mayor İlham Haqverdiyev məhkəmə zalından azadlığa buraxılıb.

Bu gün
14:460
"Kanal 21" və "bakuxeber.az"ın rəhbərləri həbs ediliblərKriminal

"Kanal 21" və "bakuxeber.az"ın rəhbərləri həbs ediliblər

"Kanal 21" "YouTube" səhifəsinin rəhbəri Fərhad Quluyev və "bakuxeber.az" saytının rəhbəri Zamiq Quliyev həbs ediliblər.

Bu gün
14:080