
Sevgilisini telefonda başqa qızla yazışmasını görən qadın döyüldü - MƏHKƏMƏ
Nizami Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərərvurmada təqsirləndirilən Alı Alıyevin (adı və soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Nizami Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərərvurmada təqsirləndirilən Alı Alıyevin (adı və soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Gundem.today Pravda.az-a istinadən xəbər verir ki, hakim Emin Axundovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə icraata xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib.
İttihama görə, hadisə 2026-cı il fevralın 20-də saat 22 radələrində paytaxtın Nizami rayonu ərazisində baş verib.
Belə ki, Alı Alıyev qeyri-rəsmi nikahda yaşadığı zərərçəkmiş Səmayə Səfərzadənin (adı və soyadı şərtidir) onun mobil telefonunda başqa qızla yazışmasını görməsi ilə aralarında qısqanclıq zəminində mübahisə yaranıb. Mübahisə zamanı qadın ona qarşı nalayiq ifadələr işlədib. Bu zaman təqsirləndirilən şəxs qisas almaq niyyəti ilə yumruqla onun üz və bədəninin müxtəlif nahiyələrinə zərbələr endirib.
Nəticədə Səmayə Səfərzadə sağ bazu oynağında nisbi hərəkət məhdudluğu ilə müşayiət olunan sağ bazunun hematoması, çənənin, boyunun, kürək nahiyəsinin, sol bazunun, sol dirsək nahiyəsinin, hər iki saidin, sol budun qançırları və boyunun sıyrığı ilə müşayiət olunan bədən xəsarətləri alıb.
Həmin xəsarətlər ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərər kimi qiymətləndirilib.
Beləliklə, Alı Alıyevin əməli Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş qəsdən sağlamlığa yüngül zərərvurma kimi tövsif olunub.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Kriminal70 kq qızılla saxlanılan polkovnik-leytenantın yeddi il həbsi tələb edildi - VİDEO
İstanbul Hava Limanında 70 kiloqram qaçaqmal qızılla tutulan polkovnik-leytenant Qəhrəman Məmmədov barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılmış cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
KriminalBakıda sinif yoldaşını YANDIRAN ŞAGİRD saxlanıldı
Bakıda 2011-ci il təvəllüdlü məktəblinin üzərinə spirt tökərək alışqanla yandıran sinif yoldaşı saxlanılıb.
KriminalBakıda şagird sinif yoldaşına XƏSARƏT YETİRDİ
Aprelin 20-də 286 nömrəli tam orta ümumtəhsil məktəbinin IX sinif şagirdi sinif yoldaşına xəsarət yetirib.
Kriminal"İdrak"da güllələnən müəllimə şagirdi bağışladı
"İdrak" liseyində müəlliməsinə odlu silahla ağır xəsarət yetirməkdə ittiham olunan şagirdin cinayət işi üzrə tərəflər arasında barışıq əldə olunub.