
Direktorlar üçün ixtisas biliklərinin yoxlanılması üzrə test imtahanı keçiriləcək
Direktorların işə qəbulu müsabiqəsi çərçivəsində ixtisas biliklərinin yoxlanılması üzrə test imtahanı keçiriləcək.
Direktorların işə qəbulu müsabiqəsi çərçivəsində ixtisas biliklərinin yoxlanılması üzrə test imtahanı keçiriləcək.
Gundem.today xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) məlumat yayıb.
Bildirilib ki, direktor vəzifəsi vakant olan dövlət ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu müsabiqəsi çərçivəsində, müsabiqənin qaydalarına uyğun olaraq təhsil və staj tələblərini ödəyən, lakin sertifikatlaşdırma, diaqnostik qiymətləndirmə və ya müəllimlərin işə qəbulu müsabiqəsinin test mərhələsi üzrə nəticəsi olmayan və ya müəyyən edilmiş tələblərdən aşağı nəticə göstərən direktorlar, direktor müavinləri, həmçinin uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçılar üçün ixtisas biliklərinin yoxlanılması məqsədilə test imtahanı keçiriləcək.
"İmtahan namizədlərin ixtisas fənlərinə uyğun olaraq 2, 3, 10 və 11 may tarixlərində təşkil olunacaq. Bu istiqamətdə daha əvvəl keçirilmiş imtahana dəvət olunmuş şəxslərin sözügedən imtahanda iştirakı nəzərdə tutulmur.
Vətəndaşlar aprelin 23-ü, saat 17:00-dək çalışdıqları ümumi təhsil müəssisəsinin tabe olduğu yerli təhsil idarəetmə orqanına müraciət edərək imtahanda iştirak üçün qeydiyyatdan keçə bilərlər. Müraciət zamanı şəxsiyyət vəsiqəsinin və ali təhsil haqqında sənədin təqdim edilməsi tələb olunur", - məlumatda bildirilib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətSürücülərə XƏBƏRDARLIQ: Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Avtomobil yollarında vəziyyət açıqlanıb.
CəmiyyətMəktəblidən şok etiraf: "Bufetdəki yeməkdən zəhərlənmişik" - VİDEO
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisində fəaliyyət göstərən 390 ümumtəhsil müəssisəsində monitorinqlər keçirib.
CəmiyyətSürücülərin NƏZƏRİNƏ: Paytaxtın bəzi yollarında təmir işləri aparılacaq
Vətəndaşların rahat və təhlükəsiz hərəkətinin təmin olunması məqsədilə Bakı şəhərinin bəzi yollarında təmir işləri həyata keçiriləcək.
CəmiyyətAnar Bayramovun kadr İSLAHATLARI davam edir: Səkinə Sadıxova da vəzifəsindən getdi
Aprelin 17-də TƏBİB-in icraçı direktoru vəzifəsinə təyin olunan Anar Bayramov əsaslı kadr dəyişiklikləri islahatlarını davam etdirir.