
Şimali Koreya ABŞ-yə çata biləcək raket mühərrikini sınaqdan keçirib
Şimali Koreya modernləşdirilmiş bərkyanacaqlı raket mühərrikinin yerüstü sınağını keçirib.
Şimali Koreya modernləşdirilmiş bərkyanacaqlı raket mühərrikinin yerüstü sınağını keçirib.
Gundem.today "Associated Press" agentliyinə istinadən xəbər verir ki, bu mühərrik ABŞ-nin materik ərazisini vura bilən qitələrarası raketlərdə istifadə oluna bilər.
Şimali Koreya lideri Kim Çen In mühərrikin sınaqdan keçirilməsini şəxsən müşahidə edib və onu müdafiə inkişafının beşillik planı çərçivəsində ölkənin strateji silahlarının ən yüksək səviyyəyə çıxarılması üçün böyük əhəmiyyət daşıyan hadisə adlandırıb.
Karbon kompozitindən hazırlanmış yeni mühərrik təxminən 2.5 min kilonyutonluq maksimal itələmə qüvvəsi inkişaf etdirir ki, bu da ötən ilin sentyabrında sınaqdan keçirilmiş oxşar bərkyanacaqlı mühərrikdən (1.97 min kilonyuton) daha böyükdür.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaÇeçenistanda hava şəraitinə görə fövqəladə vəziyyət rejimi tətbiq olundu
Çeçenistan ərazisində əhalinin qorunması məqsədilə fövqəladə vəziyyət rejimi tətbiq edilib.
Dünyaİrəvanda Paşinyana hücum cəhdindən sonra iki nəfər saxlanılıb
İrəvandakı Müqəddəs Anna kilsəsində Ermənistanın baş naziri Nikol Paşinyanla baş vermiş insidentdən sonra iki vətəndaş saxlanılıb.
DünyaQadın futbolu tarixində rekord məbləğdə müqavilə imzalandı
ABŞ-nin "San-Diyeqo Veyv" klubu hücumçu mövqeyində çıxış edən futbolçu Katarina Makarionun transferi ilə bağlı müqaviləni tamamlayıb.
DünyaDağıstanda çimərliklər bağlandı - VİDEO
Dağıstanda çimərliklərin təxminən 70%-i Xəzər dənizinin çirklənməsinə görə bağlanıb.