
Şimali Koreyanın futbol klubu uzun illər sonra Cənubi Koreyaya gedir
Şimali Koreyanı təmsil edən "Nekohyan" qadın futbol klubu Asiya Futbol Konfederasiyasının (AFC) qadınlar arasında keçirilən Çempionlar Liqasının yarımfinal matçında iştirak etmək üçün Cənubi Koreyaya səfər edəcək.
Şimali Koreyanı təmsil edən "Nekohyan" qadın futbol klubu Asiya Futbol Konfederasiyasının (AFC) qadınlar arasında keçirilən Çempionlar Liqasının yarımfinal matçında iştirak etmək üçün Cənubi Koreyaya səfər edəcək.
Gundem.today "Yonhap" agentliyinə istinadən xəbər verir ki, "Nekohyan" AFC-nin Çempionlar Liqasının yarımfinalında "Suvon FC Women" kollektivi ilə üz-üzə gəlmək üçün Suvon şəhərinə yollanacaq.
Həlledici yarımfinal qarşılaşması mayın 20-də yerli vaxtla saat 19:00-da (Bakı vaxtı ilə 14:00 - red.) "Suwon Sports Complex" stadionunda baş tutacaq.
Şimali Koreya komandası qələbə qazanacağı təqdirdə, mayın 23-də saat 14:00-da (Bakı vaxtı ilə 09:00 - red.) eyni arenada keçiriləcək final matçına vəsiqə əldə edəcək.
Agentliyin məlumatına görə, Şimali Koreya idmançılarının Cənubi Koreyaya sonuncu səfəri 2018-ci ilin dekabrında stolüstü tennis üzrə ITTF (Beynəlxalq Stolüstü Tennis Federasiyası) dünya çempionatının finalı çərçivəsində baş tutub. Qadınlardan ibarət futbol klubu isə son 12 ildə ilk dəfə olaraq Cənuba gələcək. Belə ki, şimali koreyalı idmançılar 2014-cü ildə İnçxonda keçirilən Asiya Oyunlarından bəri bu ölkəyə səfər etməyiblər.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
İdmanHalkın yeni klubu bəlli oldu
Braziliya yığmasının sabiq hücumçusu Halkın (Givanildo Souza) futbol karyerasındakı növbəti dayanacağı bəlli olub.
İdmanPremyer Liqa: "Qarabağ" bu gün "Turan Tovuz"la qarşılaşacaq
Misli Premyer Liqasında XXX turun daha bir oyunu bu gün keçiriləcək.
İdmanDünya çempionatına 38 gün qaldı: ŞOTLANDİYA - "Tartan ordusu" - VİDEO
Şotlandiya millisi ("Tartan Ordusu") Britaniya futbolunun ən köklü və ehtiraslı komandalarından biridir. "Tartan ordusu" Şotlandiya milli futbol komandasının azarkeşlərinə verilən ləqəbdir. Onlar dünyanın ən ehtiraslı, sadiq və centlmen azarkeş qruplarından biri kimi tanınırlar. Bu adı komandalarının oyunlarına geyindikləri ənənəvi Şotlandiya kiltləri və tartan naxışlarına görə alıblar.
İdmanFutbolçu Canluici Donnarumma evləndiyini orijinal üsulla elan edib
"Mançester Siti" klubunun və İtaliya millisinin qapıçısı Canluici Donnarumma Alessia Elefante ilə evləndiyini orijinal üsulla elan edib.