"Snapchat" hədəfdə: Avropa Komissiyası araşdırmaya başladı
Dünya

"Snapchat" hədəfdə: Avropa Komissiyası araşdırmaya başladı

İndi
08:02
1 baxış
Paylaş:

Avropa Komissiyası (AK) rəqəmsal məkanda azyaşlıların təhlükəsizliyinə dair Avropa qanunlarının pozulması ehtimalı ilə əlaqədar "Snapchat" sosial şəbəkəsinə qarşı rəsmi araşdırmaya başlayıb.

Avropa Komissiyası (AK) rəqəmsal məkanda azyaşlıların təhlükəsizliyinə dair Avropa qanunlarının pozulması ehtimalı ilə əlaqədar "Snapchat" sosial şəbəkəsinə qarşı rəsmi araşdırmaya başlayıb.

Gundem.today TASS-a istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqının icra orqanının mətbuat xidməti məlumat yayıb.

Məlumatda qeyd olunur ki, AK Avropa İttifaqının Rəqəmsal Xidmətlər Qanununa əsasən, platformanın internet mühitində uşaqların qorunması, təhlükəsizliyi və məxfiliyinə nə dərəcədə zəmanət verdiyini aydınlaşdırmaq məqsədilə yoxlamalara start verib.

Komissiyanın mövqeyinə görə, sözügedən şəbəkə uşaqların qeyri-qanuni fəaliyyətlərə cəlb edilməsi, həmçinin elektron siqaret, spirtli içki və digər qadağan edilmiş məhsulların satışı ilə bağlı paylaşımlara çıxışını lazımi səviyyədə məhdudlaşdıra bilmir. Bununla yanaşı, "Snapchat"da istifadəçilərin real yaşını təsdiq edən etibarlı alətlərin olmadığı, onlara doğum tarixlərini istədikləri kimi qeyd etmək imkanı verildiyi bildirilir. Həmçinin şəbəkənin uyğunsuz məzmunlarla bağlı şikayətlərin qiymətləndirilməsi mexanizminin də səmərəsiz olduğu tənqid edilir.

Qeyd edək ki, Avropa Komissiyası daha əvvəl də bir neçə məşhur sosial şəbəkə ilə bağlı oxşar təhqiqatlar aparıb. Belə ki, yanvar ayında "X" platformasında "Grok" süni intellektinin qeyri-etik vizuallar yaratması səbəbindən yoxlamalara başlanmışdı. Fevral ayında isə "TikTok"dan istifadəçilərdə asılılıq yaradan interfeysin dəyişdirilməsi tələb edilmişdi. Eyni zamanda, "Google" şirkəti də 2025-ci ilin sonlarında oxşar yoxlamalarla üzləşib.

"Snapchat" istifadəçilərə video və foto mübadiləsi imkanı verən mobil tətbiqdir. Bu xidmətin əsas xüsusiyyəti göndərilən faylların müəyyən müddət sonra avtomatik silinməsidir. Şirkətin rəsmi məlumatına görə, 2025-ci ilin ortalarına olan vəziyyətə əsasən, Avropa İttifaqı daxilində platformanın 94,7 milyona yaxın qeydiyyatdan keçmiş istifadəçisi olub.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Dünya#Avropa_İttifaqı_(Aİ)#Snapchat

Oxşar Xəbərlər